Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Equinor” və SOCAR-ın ortaq şirkətinin Azərbaycanda filialı açılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Equinor” və SOCAR-ın ortaq şirkətinin Azərbaycanda  filialı açılıb

"Karabah Operating Company"(KOC) əməliyyat şirkətinin filialı Vergilər Nazirliyində qeydiyyatdan keçib.  


Mayın 13-də şirkətin filialı qeydiyyatdan keçib. Onun rəsmi təmsilçisi Tahir Dadaşovdur.

 

Şirkətin ofisi Bakı şəhərinin Nərimanov rayonunda yerləşir.

 

31 may 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor” şirkəti arasında “Qarabağ” yatağının işlənməsi haqqında Risk Service Contract imzalanıb. Müqavilə 2018-ci il iyunun 29-da Milli Məclisdə ratifikasiya edilib, iyulun 5-də isə qüvvəyə minib. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən paritet əsaslarla (50%:50%) birgə əməliyyat şirkəti yaradılıb.

 

Qarabağ yatağı Bakıdan 130 km şərqdə yerləşir. Yatağın çıxarıla bilən neft ehtiyatları 16 mln. ton, qaz ehtiyatları isə 28 mlrd. kubmetrdir. Yataqda dənizin dərinliyi 180 metrdir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İntefaks-Azərbaycan

18.06.2019 11:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ