Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bank olmayan kredit təşkilatları ilə bağlı yeni layihə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank olmayan kredit təşkilatları ilə bağlı yeni layihə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) nizamnamə kapitalında mühüm iştirak paylarının məhdudlaşdırılması proseduru müəyyənləşir. Bu, "Bank olmayan kredit təşkilatları haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, hər hansı şəxs BOKT-un nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq səsvermə hüququ olan iştirak paylarının və ya nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə, yaxud BOKT-un həmin şəxsin törəmə strukturuna çevrilməsinə gətirib çıxaran iştirak payını müəyyən olunmuş qaydada əldə edə biləcək.

 

BOKT kapitalında mühüm iştirak payı olan şəxsin başqa hüquqi şəxsin kapitalında mühüm iştirak payını əldə etməsi və ya artırması barədə xəbər tutduqdan sonra dərhal bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına yazılı bildiriş göndərməlidir. O cümlədən BOKT kapitalında mühüm iştirak payı olan hüquqi şəxsin kapitalında hər hansı şəxsin mühüm iştirak payı əldə etməsi və ya artırması barədə xəbər tutduqdan sonra dərhal bu barədə Palataya yazılı bildiriş göndərməlidir. Mühüm iştirak payının alınması üçün BOKT-un səlahiyyətli idarəetmə orqanı müraciəti və qərarı ilə birlikdə müvafiq sənədləri Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidir.

 

Layihədə qeyd edilir ki, BOKT-un kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və ya nizamnamə kapitalındakı payını 20 faizdən, 33 faizdən və ya 50 faizdən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına yazılı məlumat verməlidir.

 

Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən parlamentin növbədənkənar sessiyasının iclasına tövsiyə edilib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© "Vergilər"

18.06.2019 12:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ