Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bank HackerRank müsabiqəsinin nəticələri açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank HackerRank müsabiqəsinin nəticələri açıqlandı

(®) PAŞA Bank tərəfindən Azərbaycanda ilk dəfə olaraq “HackerRank” texniki platforması üzrə birinci buraxılış uğurla sona çatdırıldı.

 

Reklam_3_11

2-22 may tarixləri arasında həyata keçirilmiş birinci “HackerRank” texniki platformasında 200-ə yaxın Developer iştirak etmişdir.  Müraciət edən namizədlərdən 2 nəfər müsahibənin bütün mərhələlərini uğurla keçərək PAŞA Bank komandasına qoşulmuşdur.

 

İyul ayından etibarən “HackerRank” platforması üzərindən fizika-riyaziyyat elmləri namizədi, məktəb və tələbələrdən ibarət informatika üzrə ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, 2005-ci ildə AR Prezidenti tərəfindən Şöhrət Ordeni ilə təltif olunmuş Ramin Mahmudzadənin dəstəyi ilə tematik müsabiqələr keçiriləcəkdir. Müsabiqədən öncə praktik tapşırıqlara dair nəzəri materiallara istinad olunacaq və bu da öz növbəsində alqoritmik biliklərin inkişaf etdirilməsində proqramçılar üçün unikal fürsət olacaqdır. Bu müsabiqələr yaxın gələcəkdə PAŞA Bank kuboku uğrunda keçiriləcək əsas müsabiqəyə hazırlıq xarakteri daşıyacaqdır.

 

Sentyabr ayında baş tutacaq müsabiqənin qalibləri PAŞA Bankın Rəqəmsal laboratoriyasının komandasına qoşulmaq və dəyərli hədiyyələr qazanmaq imkanına sahib olacaqlar.

18.06.2019 12:50

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ