Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Vertu" şirkətini satın aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Vertu" şirkətini satın aldı

Böyük Britaniyanın "The Daily Telegraph" qəzeti, lüks cib telefonları ilə tanınan "Vertu" şirkətinin Hakan Uzan tərəfindən satın alındığını yazıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, sözcüsü  vasitəsilə "Telegraph"a məlumat verən Uzan, "Vertu niş bir bazarda tanınan güclü bir markadır. "Vertu"nun potensialını reallaşdıracaq sərmayələr yatırmaq və qrupla birlikdə işləmək üçün səbirsizlənirəm" deyə bildirib.

 

Qəzetə görə 40 min sterlinqlik qiymət etiketilə dünyanın ən bahalı cib telefonlarından bəzilərini satan və mərkəzi ofisi İngiltərədə olan "Vertu" üçün Uzanın Kiprdəki şirkəti  "Baferton Ltd." 50 milyon sterlinq  ödəyib.

 

Qəzetin iqtisadiyyat müxbiri Christopher Williams, Uzan ailəsini "Sürgündəki sirrli Türk iş xanədanı" olaraq təriflərkən, Hakan Uzanın həm ABŞ Prezidenti Donald Trump ilə, həm də "Vertu" şirkətini quran Nokia ilə məhkəmədə olduğunu xatırladıb.

 

2000-lərin sonuna doğru kiçilməyə gedən "Nokia", "Vertu"nu 175 milyon sterlinq qarşılığında EQT adlı bir sərmayə fonduna satmış, 2015-də isə şirkəti Hong Konq-un "Godin Holdinq"i almışdı.

 

Son məlumata görə, "Vertu" şirkəti 2014-cü ildə 110 milyon sterlinqlik satışa baxmayaraq 53 milyon sterlinq zərər edib.

 

"Vertu"nun İdarə Heyətinin sədri Gordon Watson isə satışla əlaqədar "Telegraph"a bunları söyləyib:

 

"Baferton bizim vizionumuzu paylaşır: Hər il 1.5 milyard ağıllı telefonun satıldığı dünyada yüksək keyfiyyətli, imtiyazlı və xüsusi xidmətləri olan məhsullara tələb var. "Baferton" ilə birlikdə "Vertu"nu inkişaf etdirəcəyik."

13.03.2017 09:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ