Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Bakı neft maşınqayırma zavodu” özəlləşdirildi - İNVESTORUN QƏBUL ETDİYİ ŞƏRTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bakı neft maşınqayırma zavodu” özəlləşdirildi - İNVESTORUN QƏBUL ETDİYİ ŞƏRTLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən respublikanın müxtəlif regionlarında yerləşən müəssisələrin özəlləşdirilərək yenidən qurulması, investisiyaların cəlbi, o cümlədən özəlləşdirilmiş müəssisələrdə müasir istehsal sisteminin təminatı ilə bağlı tədbirlər reallaşdırılır.

 

Reklam_3_11

Bu istiqamətdə komitə tərəfindən “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilmişdir. Müsabiqə komissiyası tərəfindən potensial iddiaçılar üçün maliyyə, iqtisadi, investisiya və sosial şərtlər müəyyənləşdirilmişdir.

 

İştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə  “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibini elan etmişdir. Bu barədə "Marja"ya Komitədən bildirilib. Qalib investorun adı açıqlanmayıb. 

 

Müsabiqə şərtlərinə uyğun olaraq, qalib investor dövlət büdcəsinə 4,7 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini və ümumi həcmi 10,2 milyon manat  təşkil edən İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb. Bununla yanaşı,  müəssisənin 1,9 milyon manat məbləğində DSMF-yə olan borclarının, 115 min manata yaxın əmək haqqı və ona bərabər tutulan borcların ödənilməsini və digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürmüşdür.

 

Təqdim olunmuş İnvestisiya Proqramına əsasən investor tərəfindən müəssisəyə müasir avadanlıqların və texnologiyaların alınması, poladəritmə sexində yeni sobaların tikilib quraşdırılması, müəssisənin xammal və material ehtiyatının artırılması planlaşdırılır. Eyni zamanda istehsal sahələrinin yerləşdiyi binalarda təmir-bərpa işlərinin görülməsi, elektrik mühərriklərinin təmiri və sarğılanması sexinin qurulması, qum ələnmə sahəsinin tikilməsi və avadanlıqlarla təchiz edilməsi, tikinti materiallarının qəbulu sahəsinin təşkili, əritmə, yığma və dəmirçi sexlərində hava təmizləyicilərinin qurulması, habelə digər işlərin görülməsi nəzərdə tutulur.

 

Bu işlərin görülməsi üçün investor tərəfindən müəssisəyə bir il ərzində yuxarıda qeyd olunan məbləğdə investisiyaların yatırılması, nəticədə 165 yeni iş yerinin yaradılması, işçilərin sosial təminatının gücləndirilməsi planlaşdırılır.

 

Zabrat qəsəbəsində yerləşən “Bakı Neft Maşınqayırma Zavodu”  2010-cu ildə “Səttərxan adına maşınqayırma zavodu” və “Bakı neft mədən maşınqayırma zavodu”nun birləşməsi nəticəsində yaranmışdır. Zavod quyuların qazılması və əsaslı təmiri üçün neft-mədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmışdır. İstehsal etdiyi məhsullar fontan armaturları, qazma rotorları və siyirtmələrdən ibarətdir. 

19.06.2019 13:10

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ