Bitkiçilik məhsullarının istehsalı 25 faiz artıb
2019-cu ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 952,3 milyon manat təşkil etmişdir ki, onun da 1 milyard 574,0 milyon manatı heyvandarlıq, 378,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
"Marja" Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 6,7 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9 faiz, bitkiçilik məhsulları üzrə isə 24,9 faiz artmışdır.
Yaz-tarla işləri ilə yanaşı kənd təsərrüfatı məhsullarının yığımına da başlanmışdır. İyun ayının 1-nə kimi tarlalardan 155,0 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çox taxıl, 172,5 min ton (27,3 faiz çox) kartof, 247,4 min ton (14,0 faiz çox) tərəvəz, 16,6 min ton (26,7 faiz çox) meyvə və giləmeyvə, 321,4 ton (9,0 faiz az) yaşıl çay yarpağı yığılmışdır.
Heyvandarlıq
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 201,4 min ton, süd istehsalı 2,0 faiz artaraq 845,9 min ton, yumurta istehsalı 3,2 faiz artaraq 765,5 milyon ədəd və yun istehsalı 3,1 faiz artaraq 12,2 min ton olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
12 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 12 saat əvvəl