Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Pauell: Bir çox üzv faiz endiriminin məqsədəuyğun olduğunu düşünür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pauell: Bir çox üzv faiz endiriminin məqsədəuyğun olduğunu düşünür

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauell, Bankın İyun iclasının ardından mətbuat konfransında açıqlamalar verib. Pauell, inflyasiyanın zəif qalmaqda davam etdiyini bildirib. 

 

"Marja" xəbər veri ki,  Pauell, Federal Açıq Bazar Komitəsində (FOMC) bir çox üzvün faiz endiriminin məqsədəuyğun olduğunu düşündüyünü bildirib.

 

Fed-in gələn məlumatları yaxından izləyəcəyini bildirən Pauell, qlobal iqtisadiyyatın gücü ilə bağlı narahatlıqların artdığını söyləyib.

 
Fed sədri, "Zəifləyən əks axınlar son həftələrdə yenidən ortaya çıxdı", - deyib.

 
"Üzvlər inflyasiyanın 2%-ə doğru yavaşca hərəkət etdiyini görür", -deyən Pauell, qeyri-müəyyənliklərə qarşı uyğun siyasət reaksiyasının müzakirə edildiyini ifadə edib.
 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Pauell, aşağı qlobal inkişafın dünyada inflyasiyanı zəiflətdiyini söyləyib və "Əks axınları yaxından izləyəcəyik. Fed risklərin təsirini gözləyib görmək istəyir",- deyib. 

 

"İqtisadi artımı dəstəkləmək üçün alətlərimizi istifadə etməyə hazırıq". -deyən Pauell, sabit biznes investisiyalarının inkişaf etdirilməsinin lazım olduğunu bildirib.

 
"Qanuna görə dörd illik səlahiyyət müddətim var", -deyən Pauell, müddəti tamamlamağa niyyətli olduğunu bildirib.
 

Cerom Pauell, "Erkən hərəkət etməkdən çəkinməyə çalışcağız. Bütün mərkəzi banklar öz hədəflərinə fokuslanmışdır, - deyib. 
 

Pauell, "Mümkün faiz endiriminin ölçüsünü hələ müzakirə etməmişik, faiz endirimi gələn məlumatlara və risklərdən asılı olacaqdır" deyib. 

 

Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankı (Fed) İyun iclasında gözənildiyi kimi faizi dəyişmədi. Faiz 2.25% – 2.50% aralığında sabit saxlanılıb.

19.06.2019 20:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ