Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Naxçıvanda qızıl hasilatı üçün görülən işlər müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvanda qızıl hasilatı üçün görülən işlər müzakirə edilib

İyunun 19-da Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası rəsmiləri ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbərliyi arasında görüş keçirilib.

 

Reklam_3_11

QSC-dən bildiriblər ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Naziri Tapdıq Əliyevin, Ekologiya və Təbii Sərvətlər Naziri Mais Əliyevin, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun, həmçinin sədr müavinləri, geoloji kəşfiyyat, dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbələri üzrə rəhbər şəxslərin iştirak etdikləri görüşdə Naxçıvan Muxtar Respublikasının Ortakənd-Xanağa sahəsində görülən işlər müzakirə olunub, gələcək planlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Bildirilib ki, 2018-2019-cu illərdə Ortakənd-Xanağa sahəsində ümumilikdə bir milyon kvadratmetr sahədə 6 min metrə yaxın geoloji-kəşfiyyat işləri həyata keçirilib. Kəşfiyyat işləri nəticəsində toplanan materiallar hazırda xarici laboratoriyada analiz edilir.

 

Qeyd edək ki, Ortakənd-Xanağa sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivliliyi ilə seçilir. Sahə daxilində köklü qızıl təzahürləri, bir sıra polimetal minerallaşma nöqtələri və çıxışları qeydə alınıb.

 

“AzerGold” QSC 2017-ci ilin dördüncü rübündə Ortakənd-Xanağa sahəsində İtaliyanın aparıcı geofiziki şirkətləri ilə birgə kompleks geofiziki tədqiqatlar aparıb və 2018-ci ildən başlayaraq istismar öncəsi buruq-qazma işlərinə start verib.

20.06.2019 05:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ