Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda neft hasilatı azalmaqda davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda neft hasilatı azalmaqda davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin yanvar-may aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,7 milyard manat olmaqla, əvvəlki ilin yanvar-may aylarına nisbətən 0,7 faiz artmışdır.

 

"Marja" Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, sahənin əsas məhsulu olan xam neftin əmtəəlik hasilatı 15,7 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 10,1 milyard kub metr təşkil etmişdir. Neft hasilatı 2,9 faiz azalmış, qaz hasilatı isə 40,4 faiz artmışdır.

 

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 256,1 milyon manat olmaqla əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 2,7 faiz azalmışdır. Neft məhsullarından avtomobil benzininin, sürtkü yağlarının, neft bitimunun istehsalı azalmış, yanacaq mazutunun, dizel yanacağının, ağ neftin, neftkimya sənayesində istifadə üçün benzinin istehsalı artmışdır.

20.06.2019 05:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ