Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Milli Depozit Mərkəzinin əməliyyat gəlirləri kəskin azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Milli Depozit Mərkəzinin əməliyyat gəlirləri kəskin azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın mərkəzi depozitarı olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxs Milli Depozit Mərkəzi (MDM) 2018-ci li 170 min manat xalis mənfəət ilə başa vurub. MDM 2017-ci ili 169 min manat xalis mənfəət ilə bağlamışdı.

 

“Marja” Milli Depozit Mərkəzinin illik hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə əməliyyat gəlirləri 3 milyon 672 min manat ikən, 2018-ci ildə 2 milyon 597 min manata düşüb (1 milyon 57 min manat və ya 29,3% azalma).

 

Ötən il MDM-nin əməliyyat xərcləri 2 milyon 532 min manat təşkil etdiyindən 65 min manat əməliyyat mənfəəti qalıb. Mərkəz 169 min manat maliyyə gəlirləri daxil cəmi mənfəəti 233 min manata yüksəlib. Mənfəətdən 63 min manat vergi ödənilib.

 

MDM-in üzvləri investisiya şirkətləri və investisiya fondlarının depozitarlarıdır. MDM-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

Depozitar fəaliyyəti, Klirinq fəaliyyəti, Milli Nömrələyici Agentlik, Reyestrsaxlayıcı fəaliyyəti, Sərəncamçı xidmətinin göstərilməsi, Ödəniş Agenti xidməti

20.06.2019 07:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ