Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İrandan ABŞ-a etiraz notası

iç səhifə xəbər başlığı altı (mobil)_31
İrandan ABŞ-a etiraz notası
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İran Xarici İşlər Nazirinin Müavini Abbas Arakçi, hava məkanlarının pozulması səbəbilə ABŞ-ın İsveçrənin Tehrandakı Səfirliyindəki ABŞ-ın Maraqlarını Qoruma Ofisinə etiraz notası təqdim edildiyini bildirib.
 

İran dövlət televiziyasının verdiyi xəbərə görə, Arakçi, ABŞ-ın İran hava məkanını və su sərhədlərini pozduğunu bildirib, Vaşinqton rəhbərliyindən sərhədlərinə hörmət göstərməsini və beynəlxalq sazişlərə sadiq qalmasını istədiklərini qeyd edib.

Reklam_3_11

 

İran İnqilab Keşikçiləri Ordusu, səhər saatlarında Oman Körfəzi sahilindəki Hürmüzgan əyalətinə bağlı Kuhmubarek şəhəri sahilində "İran hava məkanını pozan" ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "RQ-4 Global Hawk" tipli dronun raketlə vurularaq endirildiyini açıqlamışdı.
 
 

ABŞ- İRAN GƏRGİNLİYİ

 

ABŞ Mərkəzi Qüvvətlər Komandanlığı (CENTCOM) isə Hörmüz Boğazı üzərində uçan ABŞ Hərbi Hava Qüvvələrinə aid insansız hava vasitəsinin İran tərəfindən vurulduğunu təsdiqləmiş, lakin sözügedən dronun "beynəlxalq hava məkanında" uçarkən vurulduğunu bildirmişdir.


 
ABŞ Prezidenti Donald Tramp da qısa müddət öncə "Twitter"də paylaşdığı mesajında ABŞ-a aid insansız hava vasitəni vuran Tehrana, "İran çox böyük bir səhv etdi" sözləri ilə reaksiya göstərib. Tramp, "İrana qarşı bir hücum planı varmı?" sualına isə "Yaxında görəcəksiniz"  cavabını vermişdi.


 
Tehran ilə Vaşinqton arasındakı gərginlik, ötən həftə Oman körfəzində iki tankerə qarşı hücum səbəbindən daha da artıb. ABŞ rəhbərliyi hücumlarla bağlı İranı günahlandırmış, Tehran isə ittihamları rədd etmişdi.


 
ABŞ-ın 2018-ci ilin May ayında nüvə müqaviləsindən birtərəfli çıxaraq İrana sanksiyaları yenidən tətbiq etməyə başlamasından sonra Tehran-Vaşinqton xəttində yaşanan gərginliyin son həftələrdə baş verən hadisələr ilə toqquşmaya çevrilməsindən narahatlıq edilir.

21.06.2019 06:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ