Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bu il üzümdə məhsuldarlığın yüksək olduğu bildirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il üzümdə məhsuldarlığın yüksək olduğu bildirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şimal regionunda üzümçülüyün daha çox inkişaf etdiyi Şabranda təsərrüfatçılar bu il məhsuldarlığın yüksək olduğunu bildirirlər.

 

Şabranda daha çox ağ və qara şanı, “Ağadayı”, “Mədrəsə”, “Təbrizi” kimi yerli üzüm sortları becərilir. Son illər salınan yeni bağlarda isə texniki üzüm sortları yetişdirilir.

 

Şabranlı fermerlər toplanan məhsulu Bakıda və respublikamızın digər bölgələrindəki satış mərkəzlərinə göndərirlər.

 

Rayonun Ağbaş kəndində fərdi sahibkara məxsus 140 hektaradək sahədə üzümün 10-dan çox sortu becərilir. İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortlarına üstünlük verilib.

 

Rayonun təcrübəli üzümçülərindən olan Polad Quliyev bu il də məhsuldarlığın yüksək olacağına əmindir. Təsərrüfatçılar avqust ayında üzüm bağlarından ilk məhsulun toplanmasına başlayacaqlar. Hazırda sahələrdə budama və digər aqrotexniki işlər görülür. Budama zamanı tənəklər gücdən düşmüş bar çubuqlarından təmizlənir. Yaşıl budama 1 ay davam edəcək.

 

P.Quliyev bildirir ki, ziyanvericilərə və xəstəliklərə qarşı vaxtında aparılan tədbirlər və aqrotexniki qulluq öz müsbət təsirini göstərib. Məhsuldarlıq yüksəkdir. Ötən il üzümçülük təsərrüfatından 800 tonadək məhsul əldə olunub. Fermerlər cari ildə məhsuldarlığın həmin göstəricidən daha çox olacağını proqnozlaşdırırlar.

 

Rayonun Gəndov, Ağbaş və Dəvəçikənd inzibati ərazi dairəsinə daxil olan kəndlərində üzümçülük daha geniş yayılıb. Şabran ərazisində, ümumilikdə, 400 hektaradək üzüm bağı var.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac 

21.06.2019 09:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ