Ölkə üzrə nə qədər taxıl yığılıb? - OPERATİV MƏLUMAT
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyunun 21-nə olan operativ məlumata görə, ölkə ərazisində 493783,4 hektar ərazidə taxıl biçini aparılıb, 284622,5 hektar ərazidə arpa, 209160,9 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1545015,5 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,2 sentner təşkil edir.
Zərdab, Yevlax, Sabirabad, Kürdəmir, Ağdam, Kəlbəcər, Neftçala, Saatlı, Balakən, Şuşa, Ucar, rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Füzuli, Cəbrayıl, Laçın, Lənkəran, Samux, Tərtər rayonlarında arpa biçini başa çatmaq üzrədir. İmişli ərazisində arpa əkilmiş 6322 hektar sahənin 6317 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 34,2 s/ha təşkil edir. Tərtər rayonu ərazisində arpa əkilmiş 3814,5 hektar sahənin 3797 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,7 s/ha təşkil edir. Şəki, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Goranboy, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:
Rayon | Arpa sahəsi, ha | Biçilmiş sahə, ha | Məhsuldarlıq, s/ha |
Şəki | 21626,3 | 19230 | 34,3 |
Sabirabad | 9600 | 9600 | 37,5 |
Zərdab | 5730 | 5730 | 30,6 |
Yevlax | 5082,5 | 5082,5 | 29,0 |
Cəlilabad | 4509,1 | 4460 | 35,2 |
Beyləqan | 1765 | 1760 | 29,2 |
Ağsu | 16036 | 15100 | 31,0 |
Goranboy | 12648 | 11041 | 29,0 |
Qax | 2881 | 2863 | 26,1 |
Masallı | 2786 | 2738 | 21,0 |
Füzuli | 8505 | 8487 | 29,1 |
Ağdam | 2215 | 2155 | 35,5 |
Tərtər | 3814,5 | 3797 | 33,7 |
İmişli | 6322 | 6317 | 34,2 |
Salyan | 9917 | 9398 | 36,2 |
Ağdaş | 11630 | 9804 | 23,5 |
Saatlı | 5822 | 5822 | 36,2 |
Siyəzən | 2516 | 2322 | 28,5 |
Balakən | 457,7 | 457,7 | 28,6 |
Cəbrayıl | 550 | 548 | 30,5 |
Lənkəran | 68 | 67,8 | 12,1 |
Ucar | 7716 | 7716 | 26,7 |
Neftçala | 31404 | 31404 | 27,5 |
Biləsuvar | 14900 | 14885 | 31,0 |
Hacıqabul | 11008 | 9967 | 27,0 |
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 4 saat əvvəl
-
5 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
5 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
5 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
6 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 6 saat əvvəl