Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Prezident Administrasiyası Müdafiə Sənayesi Nazirliyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident Administrasiyası Müdafiə Sənayesi Nazirliyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Artıq bir neçə gündür ki, bəzi internet saytlarında və sosial şəbəkələrdə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı yanlış və heç bir əsası olmayan məlumatlar yayılır. Bununla əlaqədar bildiririk ki, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 466 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılıb”.

 

"Marja" xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb. 

 

"Eyni zamanda, həmin Fərmanın 5-ci hissəsində müəyyən edilib ki, Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirir. Qeyd olunanları, yəni, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin indiyədək dövlət qeydiyyatına alınmadığını və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ləğv olunmuş hesab edilmir və öz fəaliyyətini davam etdirir", - məlumatda vurğulanıb. 

22.06.2019 13:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ