Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Xarici investor Azərbaycanın sığorta şirkətinə investisiya yatırımaq niyyətindədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xarici investor Azərbaycanın sığorta şirkətinə investisiya yatırımaq niyyətindədir

Azərbaycanın sığorta sektoru ilə bağlı vəziyyətlə maraqlanan xarici investor sığorta sahəsində çalışan bir şirkətə investisiya yatırımı niyyətini açıqlayıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bunu "Global Projects Development Holding Co" şirkətinin direktoru Badear Bhaişan Al-Mutairi Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən "ASK Business Consulting" (ABK) şirkəti ilə  memorandumu imzalanan zaman bildirib.

 

İmzalanmış memorandum ilə bağlı Konfederasiyanın yaydığı məlumatda xarici investorun və onun investisiya yatırmaq istədiyi şirkətin adı açıqlanmayıb.

 

"Badear Bhaişan Al-Mutairi Bakıda olduğu bir həftə ərzində turizm potensialının onun diqqətini cəlb etdiyini qeyd edərək, bu sahədə bazarın vəziyyəti barədə hesabat toplamağı xahiş edib. Bundan başqa, Azərbaycanın sığorta sektoru ilə bağlı vəziyyətlə maraqlanan xarici investor sığorta sahəsində çalışan bir şirkətə investisiya yatırımı niyyətini də açıqlayıb", - Konfedrasiyanın məlumatında deyilir.

 

Xəbər verdiyimiz kimi, "ASK Business Consulting" (ABK) şirkəti ilə Səudiyyə Ərəbistanının "Global Projects Development Holding Co" şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Memorandum “Global Projects Development Holding Co " və ABK arasında ortaq inkişaf hədəflərinin həyata keçirilməsinə yönəldilmiş, beynəlxalq və Azərbaycan şirkətləri arasında əməkdaşlıq, inteqrasiya imkanlarını stimullaşdırmaq məqsədi daşıyır. Bu məqsədlə, "Global Projects Development Holding Co" ABK-nı məsləhətçi kimi tanıyır.

 

24.06.2019 08:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ