Daha bir iri fermer təsərrüfatı yaradılır
Füzuli rayonunda 500 hektar ərazidə iri toxumçuluq təsərrüfatının, əlavə 1200 hektar sahədə isə kənd təsərrüfatı məhsulları istehsal edəcək iri fermer təsərrüfatının yaradılması istiqamətində iş aparılır.
“Marja” xəbər verir ki, bunu xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Alı Alıyev keçrilmiş müşavirədə bildirib.
O, qeyd edib ki, dövlətimizin başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq rayonda hər biri 1000 hektar olan dörd iri taxılçılıq təsərrüfatı, 2700 hektar sahədə aqropark yaradılıb. 500 hektar ərazidə iri toxumçuluq təsərrüfatının, əlavə 1200 hektar sahədə isə kənd təsərrüfatı məhsulları istehsal edəcək iri fermer təsərrüfatının yaradılması istiqamətində iş aparılır. 2016-2017-ci təsərrüfat ilində rayonda 36 min 82 hektar sahədə taxıl əkini aparılıb ki, bunun da 24 min 838 hektarı buğda, 11 min 244 hektarı arpadır.
Bu il rayonda 2050 hektar sahədə pambıq əkilməsi üçün yerlər müəyyənləşdirilib. Pambıq əkiləcək sahələrdə şum aparılıb. 2017-ci ildə rayonda 30 tona yaxın barama istehsalı nəzərdə tutulub. Artıq 50 minə yaxın çəkil ağacı əkilib, ipəkqurdu saxlayacaq kümçülər müəyyən edilib.
Müşavirədə aidiyyəti təşkilatlara pambıq əkini ilə bağlı şumun mart ayının sonuna kimi başa çatdırılması, pambıq əkininin nəzərdə tutulmuş vaxtda aparılması, kümçülərlə yerlərdə görüşlər keçirilməsi, ipəkqurdu saxlanılacaq yerlərə baxış keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
4 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
4 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
15 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 16 saat əvvəl