Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın 160 illik tarixə malik böyük zavodu böyük zərərdə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın 160 illik tarixə malik böyük zavodu böyük zərərdə

Məşhur "Xan" araqlarının istehsalçısı və ən böyük spirt istehsalçısı “Göygöl Şərab Zavodu” ASC 2018-ci ili 6 milyon 479 min manat zərər ilə başa vurub. 2017-ci illə müqayisədə ötən il ASC-nin zərəri 1 milyon 463 min manat və ya 29% artıb. Zavod 2017-ci ili 5 milyon 16 min manat zərər ilə bağlamışdı. Zərərin səbəbi xərclərin gələriləri üstələməsi və fövqəladə xərclərdir.

 

“Marja” ASC-nin illik hesabatına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə ötən il “Göygöl Şərab Zavodu”nun əsas əməliyyat gəlirləri 2,6 dəfə artaraq 10 milyon 236 min manat təşkil edib. Eyni zamanda, icarədən 102 min manat gəlir əldə edilib. ASC-nin ümumi əməliyyat gəlirləri 10 milyon 338 min manat təşkil edib.

 

2017-ci illə müqayisədə 2018-ci ildə əməliyyat xərcləri isə 30% artaraq 11 milyon 688 min manata yüksəlib. Xərclər gəlirləri üstələdiyindən 1 milyon 350 min manat əməliyyat zərəri yaranıb.

 

Eymi zamanda, ötən il “Göygöl Şərab Zavodu”nun 5 milyon 239 min manat fövqəladə xərcləri yaranıb. Bu xərclər daxil zərər 6 milyon 479 min manata yüksəlib. Fövqəladə xərclərin nədən ibarət olduğu hesabatda açıqlanmayıb.

 

Ötən il ASC-nin səhmdar kapitalı 120 dəfə artırılaraq 55 milyon 462 min manata qaldırılıb. 

 

Göygöl Şərab Zavodu” ASC Azərbaycanın 160 ilə yaxın tarixə malik şərab, konyak, şampan, araq və alkoqolsuz içkilər istehsal edən müəssisəsidir.

 

 “Göygöl Şərab Zavodu”  məhsullarını "Xan" ticarət nişanı ilə istehsal edir. Həmçinin, “Göygöl Şәrab Zavodu” Azərbaycanın ən böyük spirt zavodudur.

25.06.2019 05:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ