Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
AFB Bank 10 milyon dollarlıq istiqraz buraxır“AFB Bank” Açıq Səhmdar Cəmiyyəti ABŞ dollarında istiqraz buraxır.
Marja.az bankın baza emissiya prospektinə istinadən xəbər verir ki, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 100 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazı buraxılır.
Beləliklə, istiqraz buraxılışının ümumi həcmi 10 milyon ABŞ dolları təşkil edir.
Prospektə əsasən, istiqrazların valyutası ABŞ dollarıdır. Birinci buraxılış üzrə (5 milyon dollarlıq) istiqrazların illik faiz dərəcəsi 7,2 faiz müəyyən edilib.
Birinci buraxılış istiqrazları üzrə ödənilməli olan faizlər istiqrazların tədavül müddətində, yəni yerləşdirilmə tarixindən etibarən 18 ay ərzində, ildə günlərin sayı 360 gün, ayda günlərin sayı isə 30 gün götürülməklə hər 90 gündən bir ödəniləcək.
İkinci buraxılış istiqrazları üzrə tədavül müddəti isə baza emissiya prospektinin Yekun Şərtləri №2 ilə müəyyən olunacaq.
Baza emissiya prospektində qeyd olunur ki, istiqrazlar təmin edilməmiş qiymətli kağızlardır. Bank istiqrazların tədavül müddəti ərzində onların geri satın alınması hüququndan istifadə etməyi nəzərdə tutmur və bu istiqamətdə hər hansı öhdəlik daşımır.
İstiqraz sahibləri emitentin ləğvi və ya müflis elan olunması halında digər tələblər tam ödənildikdən sonra istiqrazların nominal dəyərini və hesablanmış, lakin ödənilməmiş faiz gəlirlərini almaq hüququna malik olacaqlar.
Buraxılacaq istiqrazların anderraytinqi və yerləşdirilməsi “ABB-İnvest İnvestisiya Şirkəti” QSC tərəfindən həyata keçiriləcək. Şirkət 18 sentyabr 2020-ci il tarixli müddətsiz lisenziya əsasında qiymətli kağızlar bazarında əsas və yardımçı investisiya xidmətləri göstərir.
Qeyd edək ki, "AFB Bank"ın hər birinin nominal dəyəri 100 manat, sayı 50 min ədəd olmaqla 5 milyon manatlıq istiqrazları da tədüvüldədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
8 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























