970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə başlıca məqsəd müasir məşğulluq imkanlarını genişləndirməklə yanaşı, vətəndaşların əmək və sosial təminat hüquqlarının daha etibarlı qorunmasını təmin etməkdir: "Bu istiqamətdə muzdla işləyənlər üçün minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Sistemin 2027-ci ildə tətbiqinə başlanılması planlaşdırılır".

Nazir müavini qeyd edib ki, əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın tənzimlənməsini zəruri edir:

"Bununla bağlı qanun layihəsi müəyyən fəaliyyət sahələrində bir aydan az müddətə bağlanılan əmək müqavilələri, həmçinin həftəlik iş vaxtı 20 saat və ya daha az olan işlər üzrə saatlıq əməkhaqqı sisteminin tətbiqini nəzərdə tutur. Minimum saatlıq əməkhaqqının minimum aylıq əməkhaqqı əsasında hesablanaraq saatlıq tarif maaşından daha yüksək müəyyən edilməsi təklif olunur".

Z.Əliyev vurğulayıb ki, ilk mərhələdə sistemin yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrini əhatə etməsi nəzərdə tutulur:

"Bununla belə, tətbiq gələcəkdə bu sahələrlə məhdudlaşmaya və digər fəaliyyət sahələrini də əhatə edə bilər. Təklif olunan dəyişiklik minimum əməkhaqqı institutunun daha çevik tətbiqinə, əməkhaqqı hesablamalarında şəffaflığın artırılmasına və beynəlxalq təcrübədə istifadə olunan yanaşmaların ölkəmizdə tətbiqinə imkan yaradacaq".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Deputat: "Saatlıq əməkhaqqı sistemi yeni iş imkanları yarada bilər"

Bunu deputat Musa Quliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, saatlıq minimum əməkhaqqı kənd təsərrüfatı, yaşayış, turizm, məişət xidməti, daşıma xidmətləri və İT sektorunda çalışan işçilərin əməyinin ödənilməsində bərabər və ədalətli yanaşmanı təmin edə bilər:

"Saatlıq əməkhaqqının tətbiqi azyaşlı uşaqları olan qadınların, tələbələrin və pensiyaçıların əmək bazarına çıxışını stimullaşdıran iş rejimi olmaqla yanaşı, qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə imkan verən sosial alət kimi də əhəmiyyət daşıyır. Saatlıq əməkhaqqının minimum məbləğinin minimum əməkhaqqının bir saata düşən məbləğindən az ola bilməyəcəyi də təsbit olunub".

Deputat əlavə edib ki, Nazirlər Kabineti saatlıq əməkhaqqının tətbiq ediləcəyi iqtisadi fəaliyyət növlərinin siyahısını müəyyən edəcək:

"Əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda və ya həftəlik iş vaxtı 20 saatdan çox olmadıqda əməyin ödənilməsində saatlıq əməkhaqqı sistemindən istifadə ediləcək. Minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi əməyin ödənilməsində daha çevik və sosial ədalətli mexanizmin formalaşmasına, işçilərin əmək hüquqlarının qorunmasına və əmək münasibətlərində şəffaflığın artırılmasına xidmət edəcək".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report"

11.11.2026 13:11
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19