“Azəralüminium”un gəlirləri artsa da, mənfəəti azalıb – Borclar kəskin artıb
Gəlirləri artır, əməliyyat mənfəəti azalır – “Azəralüminium”un maliyyə nəticələri. “Azəralüminium”un debitor borcları 81,6% artıb – 77 milyon manatı ötüb. “Azəralüminium”un inzibati xərcləri 55,6% artıb – Mənfəətə təzyiq güclənib.“Azəralüminium” MMC 2025-ci ili 14 milyon 66 min 523 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 343 min 149 manat və ya 2,4% azdır.
Marja.az şirkətin beynəlxalq maliyyə hesabatı standartlarına uyğun hazırlanmış və “PwC” tərəfindən audit edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, “Azəralüminium” 2024-cü ildə 14 milyon 409 min 672 manat xalis mənfəət əldə etmişdi.
GƏLİRLƏR ARTIB, ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
2025-ci ildə şirkətin müştərilərlə müqavilələr üzrə gəlirləri 262 milyon 312 min 891 manat təşkil edib. Bu, əvvəlki ildə qeydə alınmış 249 milyon 331 min 42 manatla müqayisədə 12 milyon 981 min 849 manat və ya 5,2% çoxdur.
Hesabat dövründə satışların maya dəyəri 223 milyon 313 min 592 manatdan 233 milyon 725 min 142 manata yüksəlib.
Nəticədə şirkətin ümumi mənfəəti 26 milyon 17 min 450 manatdan 28 milyon 587 min 749 manata çatıb. Artım 2 milyon 570 min 299 manat və ya 9,9% təşkil edib.
Bununla belə, “Azəralüminium”un əməliyyat mənfəəti 2024-cü ildəki 20 milyon 220 min 58 manatdan 2025-ci ildə 16 milyon 902 min 589 manata düşüb. Beləliklə, əməliyyat mənfəəti 3 milyon 317 min 469 manat və ya 16,4% azalıb. Əməliyyat mənfəətindəki azalma fonunda şirkətin ümumi və inzibati xərcləri 6 milyon 524 min 769 manatdan 10 milyon 153 min 694 manata yüksəlib. Bu, 3 milyon 628 min 925 manat və ya 55,6% artım deməkdir.
AKTİVLƏRİ 399 MİLYON MANATA YAXINLAŞIB
31 dekabr 2025-ci il tarixinə “Azəralüminium”un cəmi aktivləri 398 milyon 953 min 592 manat təşkil edib. Bir il əvvəl bu göstərici 383 milyon 473 min 83 manat idi. Beləliklə, şirkətin aktivləri 15 milyon 480 min 509 manat və ya 4% artıb.
Aktivlərin 188 milyon 290 min 320 manatı uzunmüddətli, 210 milyon 663 min 272 manatı isə qısamüddətli aktivlərdən ibarət olub.
Şirkətin ticarət və digər debitor borcları 2024-cü ilin sonundakı 42 milyon 523 min 620 manatdan 2025-ci ilin sonunda 77 milyon 211 min 18 manata yüksəlib. Artım 34 milyon 687 min 398 manat və ya 81,6% təşkil edib.
Eyni dövrdə mal-material ehtiyatları 82 milyon 655 min 546 manatdan 71 milyon 555 min 862 manata enib.
ÖHDƏLİKLƏRİ 31,6 MİLYON MANATA ÇATIB
2025-ci ilin sonunda şirkətin cəmi öhdəlikləri 31 milyon 580 min 843 manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonundakı 30 milyon 166 min 857 manatla müqayisədə 1 milyon 413 min 986 manat və ya 4,7% artıb. Öhdəliklərin 12 milyon 910 min 62 manatı uzunmüddətli, 18 milyon 670 min 781 manatı isə qısamüddətli öhdəliklərin payına düşüb.
KAPİTALI 367 MİLYON MANATI ÖTÜB
31 dekabr 2025-ci il tarixinə “Azəralüminium”un cəmi kapitalı 367 milyon 372 min 749 manata çatıb. Bu, əvvəlki ilin sonu ilə müqayisədə 14 milyon 66 min 523 manat və ya təxminən 4% artım deməkdir.
Şirkətin nizamnamə kapitalı 282 milyon 561 min 37 manat səviyyəsində dəyişməz qalıb.
Bölüşdürülməmiş mənfəət isə 70 milyon 745 min 189 manatdan 84 milyon 811 min 712 manata yüksəlib.
ƏMƏLİYYAT FƏALİYYƏTİNDƏN PUL DAXİLOLМALARI 87% AZALIB
Maliyyə hesabatının diqqətçəkən məqamlarından biri əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitlərinin kəskin azalmasıdır. 2024-cü ildə əməliyyat fəaliyyətindən 33 milyon 82 min 965 manat xalis pul daxil olduğu halda, 2025-ci ildə bu göstərici 4 milyon 285 min 510 manat təşkil edib. Beləliklə, əməliyyat fəaliyyətindən xalis pul daxilolmaları 28 milyon 797 min 455 manat və ya 87% azalıb.
Eyni zamanda, şirkətin ilin sonuna pul vəsaitləri və onların ekvivalentləri 16 milyon 261 min 772 manatdan 3 milyon 382 min 535 manata düşüb. Bu, 12 milyon 879 min 237 manat və ya 79,2% azalma deməkdir.
MALİYYƏ GÖSTƏRİCİLƏRİNİN TƏHLİLİ
2025-ci ilin nəticələri göstərir ki, “Azəralüminium” satış gəlirlərini artırmasına baxmayaraq, əməliyyat mənfəətində azalma ilə üzləşib. Ümumi və inzibati xərclərin 55,6% artması əməliyyat mənfəətinə mənfi təsir göstərən əsas amillərdən biri olub.
Digər diqqətçəkən məqam debitor borclarının 81,6% artmasıdır. Bu artım əməliyyat fəaliyyətindən pul vəsaitlərinin daxilolmalarının zəifləməsi ilə eyni dövrə təsadüf edir.
Hesabata əsasən, ticarət və digər debitor borclarındakı dəyişiklik əməliyyat pul axınına 34 milyon 631 min 738 manat mənfi təsir göstərib.
Bununla yanaşı, şirkətin kapitalının artması və aktivlərinin təxminən 399 milyon manata çatması maliyyə vəziyyətinin digər mühüm göstəriciləridir.
Ümumilikdə, şirkətin 2025-ci il üzrə maliyyə nəticələrində gəlirlərin artması ilə yanaşı, əməliyyat rentabelliyinin zəifləməsi, debitor borclarının yüksəlməsi və pul axınının azalması diqqət çəkir.
Qeyd edək ki, “Azəralüminium” MMC-nin 2025-ci il üzrə maliyyə hesabatları “PricewaterhouseCoopers Audit Azerbaijan” MMC tərəfindən audit edilib. Auditor maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlər baxımından Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirildiyi barədə müsbət rəy verib.
“Azəralüminium” MMC-dən şərh
“Azəralüminium” MMC-nin yaydığı press-relizdə bildirilir ki, Şirkətin maliyyə hesabatları beynəlxalq nüfuzlu auditor şirkəti PricewaterhouseCoopers (PwC) tərəfindən Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) uyğun audit edilmiş və hesabatlara müsbət rəy verilmişdir.
Qeyd edilib ki. audit olunmuş maliyyə hesabatlarına əsasən, “Azəralüminium” MMC 2025-ci ili satış gəlirlərinin və ümumi mənfəətin artımı ilə başa vurmuş, güclü kapital mövqeyini və aşağı borclanma səviyyəsini qoruyub saxlamışdır.
2025-ci ildə şirkətin müştərilərlə bağlanmış müqavilələr üzrə satış gəlirləri 262,3 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 13,0 milyon manat və ya 5,2% artım deməkdir. Hesabat ilində qlobal alüminium bazarında, o cümlədən London Metal Birjasında (LME) qiymət dəyişkənliyinin yaratdığı çağırışlara baxmayaraq, şirkət satış fəaliyyətinin səmərəli təşkili hesabına müsbət maliyyə nəticələri əldə etmişdir.
Şirkətin ümumi mənfəəti 28,6 milyon manat təşkil edərək, əvvəlki illə müqayisədə 9,9% artmışdır. Vergidən əvvəl mənfəət 20,6 milyon manat, xalis mənfəət isə 14,1 milyon manat olmuşdur.
2025-ci ilin sonuna şirkətin cəmi aktivləri 399 milyon manata çatmışdır ki, bu da əvvəlki ilin göstəricisindən 15,5 milyon manat və ya 4% çoxdur. Eyni zamanda, ümumi kapital 367,3 milyon manat təşkil edərək, il ərzində 14 milyon manat və ya 4% artmışdır. Şirkətin maliyyə sabitliyini xarakterizə edən əsas göstəricilərdən biri olan borc/kapital nisbəti 2025-ci ilin sonuna 0,09 təşkil etmişdir. Kapitalın artması və aşağı borclanma səviyyəsi isə özlüyündə şirkətin güclü və konservativ kapital strukturunu əks etdirir.
Vurğulanıb ki, “Azəralüminium” MMC uzun illərdir Azərbaycanın qeyri-neft ixracatçıları sırasında aparıcı mövqeyini qoruyur. Şirkət 2018-ci ildən indiyədək 414 min tondan çox məhsul istehsal etmiş, 1,9 milyard manatdan artıq dəyərdə məhsul ixrac etmişdir. Qeyd olunan dövrdə şirkət tərəfindən dövlət büdcəsinə ümumilikdə 112.5 milyon manat məbləğində vergi və sosial sığorta ödənişləri həyata keçirilmişdir.
Eyni zamanda, 29.12.2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə təsdiq olunmuş “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”a uyğun olaraq, “Azəralüminium” MMC tərəfindən müəssisənin xalis mənfəətinin 30%-i həcmində (4,2 milyon manat məbləğində) dividendin dövlət büdcəsinə ödənilməsi də nəzərdə tutulmuşdur.
"Beləliklə, əldə olunmuş maliyyə nəticələri “Azəralüminium” MMC-nin dayanıqlı inkişaf strategiyasının, effektiv korporativ idarəetməsinin və güclü maliyyə mövqeyinin göstəricisidir. Şirkət qarşıdakı illərdə də istehsal səmərəliliyinin artırılması, ixrac potensialının genişləndirilməsi və ölkənin qeyri-neft sənayesinin inkişafına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirəcək",- press-relizdə bildirilir.
Müxtəsər maliyyə hesabatını yükləmək üçün: https://azeraluminium.com/Attachment/DownloadForLang/0e0c4b98-33a6-4200-9304-092d0d7c0727?lang=az
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
24 d. əvvəl
“Azəralüminium”un gəlirləri artsa da, mənfəəti azalıb – Borclar kəskin artıb
-
34 d. əvvəl
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 57,5 milyard manata çatıb
- 38 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əməkhaqqının gizlədilməsinin qarşısını alacaq yeni mexanizm hazırlanır
-
1 saat əvvəl
"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri
-
1 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88,6 milyard dollara yaxınlaşıb
-
1 saat əvvəl
Azərbaycanın xarici dövlət borcu azalıb – 4,5 milyard dollardan aşağı düşüb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Noyabrın 12-də gözlənilən hava şəraiti
Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq
Ən çox oxunanlar
Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata yaxınlaşıb
Azərbaycanda inflyasiya 5,6 faizə enib




























