Azərbaycan elektrik enerjisinin Avropaya ixracı üçün mühüm saziş imzaladı
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında strateji razılaşma – Yeni enerji dəhlizi yaradılır. Azərbaycanın elektrik enerjisi Türkiyə üzərindən Avropaya çatdırılacaq – 4 ölkə saziş imzaladı.Antalyada COP31 çərçivəsində “Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.
Marja xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili və Bolqarıstanın energetika naziri İva Petrova imzalayıblar.
Saziş “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji dəhlizinin inkişafına, regional enerji bağlantılarının gücləndirilməsinə və ötürmə marşrutlarının şaxələndirilməsinə xidmət edir. Sənəd təmiz elektrik enerjisinin ötürülməsi və təchizatı üzrə əməkdaşlığı, təhlükəsiz və fasiləsiz ötürmə üçün zəruri şərtlərin müəyyənləşdirilməsini, eləcə də layihə çərçivəsində fiber-optik rabitənin təkmilləşdirilməsini nəzərdə tutur.
Bu təşəbbüs Azərbaycanın bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına ixracına, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ölkəmizin regionlararası elektrik enerjisi qovşağına çevrilməsinə töhfə verəcək.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 23 d. əvvəl
-
48 d. əvvəl
“PAŞA Həyat”ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ChatGPT”nin rəqibi 64 milyard dollarlıq IPO-ya hazırlaşır – Dəyəri 1,4 trilyon dollara çata bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan elektrik enerjisinin Avropaya ixracı üçün mühüm saziş imzaladı
-
1 saat əvvəl
“Qala Sığorta” 9 ayı 5 milyon manatdan çox xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
Azərbaycanın premium qida istehsalçısı kolbasa istehsalına hazırlaşır
-
2 saat əvvəl
Trampın “müharibə bitə bilər” mesajı nefti ucuzlaşdırdı — Brent 90 dollardan aşağı düşdü
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“A-Qroup”un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
“Xalq Həyat”ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
“PAŞA Sığorta”da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
Ən çox oxunanlar
Trampın “müharibə bitə bilər” mesajı nefti ucuzlaşdırdı — Brent 90 dollardan aşağı düşdü
“İpək Yolu Sığorta”nın yığımları 75%, mənfəəti 53% artıb
“Meqa Həyat Sığorta”nın yığımları 84%, mənfəəti 41% artıb
Dünyanın ən yaxşı restoranı seçilib – Nüfuzlu reytinq ətrafında mübahisələr böyüyür


























