Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

125 hektar plantasiyadan 280 ton gül ləçəyi toplanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
125 hektar plantasiyadan 280 ton gül ləçəyi toplanıb

Ötən il rayonun Aşağı Tala kəndində “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin fəaliyyətə başlaması “Qızılgüllər diyarı” kimi tanınan Zaqatalada gülçülüyün əvvəlki şöhrətinin bərpa edilməsinə öz töhfəsini verməkdədir.

 

Reklam_3_11

MMC-dən bildirilib ki, bu il yaz mövsümündə müəssisənin ərazisində 20 hektarda yeni qızılgül plantasiyası salınaraq cəmiyyətə məxsus plantasiyaların ümumi sahəsi 181 hektara çatdırılıb. Plantasiyaların 144,8 hektarında “Dəməşq qızılgülü”, 36,2 hektarda isə “Lavanda” gülü əkilib. Bundan əlavə, cari ildə sınaq məqsədilə 0,5 hektar sahədə nanə plantasiyası da salınıb. Nəticə yaxşı olarsa, payızda nanə plantasiyasının sahəsinin 3 hektara çatdırılması nəzərdə tutulur.

 

Yaz aylarında cəmiyyətə məxsus 125 hektar bar verən qızılgül plantasiyasından 280 ton gül ləçəyi toplanıb. Bundan əlavə, 36 hektaradək bar verən “Lavanda” gülü plantasiyasından indiyədək 14 ton gül ləçəyi tədarük olunub və hazırda gül yığımı davam edir.

 

Xatırladaq ki, 2018-ci ildə “AzRose” MMC-nin 64 hektar barverən qızılgül plantasiyasından 120 ton 787 kiloqram qızılgül ləçəyi, 35 hektar “Lavanda” plantasiyasından isə 22 ton 663 kiloqram lavanda gülü yığılıb. Tədarük edilən yaş gül ləçəklərindən 38 litr qızılgül və 290 litr lavanda yağı istehsal olunub.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

25.06.2019 06:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ