Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Fövqəladə Hallar Nazirliyi çəyirtkələr ilə mübarizəyə cəlb edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fövqəladə Hallar Nazirliyi çəyirtkələr ilə mübarizəyə cəlb edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Samux rayonu ərazisində İtaliya çəyirtkəsi aşkar olunub. Sirayətlənmə əsasən rayonun Qarasaqqal və Qaraağac kəndlərinin ərazisini əhatə edir.

 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, rayon ərazisindəki meşə massivi, dövlət fond torpaqları və qış otlaq sahələrini əhatə edən 5000 hektar sahədə çəyirtkəkimilərin güclü axını müşahidə edilməkdədir.

 

İyunun 12-dən etibarən 1200 hektar sahədə başlayan kimyəvi mübarizə tədbirləri hazırda davam edir. Mübarizə işləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Respublika Bitki Mühafizə Mərkəzi tərəfindən təşkil olunub. Mübarizə işinə mobil bitki mühafizəsi dəstəsinin 20-dən çox işçisi və Qida Təhlükəsizlik Agentliyinin mütəxəssisləri cəlb olunublar.

 

Fövqəladə Hallar Nazirliyinin təchizat-kömək dəstələri də kimyəvi mübarizə tədbirlərinə cəlb ediliblər. Həmçinin mübarizə tədbirlərinə cəlb olunmuş çiləyici maşınların işinin tənzimlənməsi üçün su maşınları müntəzəm olaraq zərərvericilərlə sirayətlənmiş sahələrə göndərilib. Ağır texnikalar isə meşələrin və relyefin keçilməz yerlərində yollar açaraq çiləyici maşınların hərəkətinə şərait yaradır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də meşə massivində çiləyici maşınların və mobil bitki mühafizəsi dəstələrinin fəaliyyətinin tənzimlənməsi üçün öz dəstəyini göstərir.

 

Kimyəvi mübarizə zamanı 9 "Mitsubishi l200" markalı avtomobilin üzərinə quraşdırılmış "Skout 28S300" markalı avtonom çiləyici aparat və 4 traktora qoşulmuş 2000 litrlik ventilyatorlu çiləyicidən, eləcə də kontakt, sistem təsirli preparatlardan və indekslərdən istifadə olunur.

 

İtaliya çəyirtkəkimiləri kütləvi çoxalan illərdə kənd təsərrüfatı bitkilərinə böyük ziyan vurur. Yovşan və yabanı dənli bitkilər olan çöllər, yovşanlı yarımsəhra yerlər və boş sahələr bu zərərvericilərin yaşayış yerləridir. Onlar çöllərdə, qumlu və gilli torpaqlarda yumurta qoyurlar, çünki belə torpaqları günəş yaxşı qızdırır.

 

Kimyəvi mübarizəni həmişə küləyin istiqamətinə perpendikulyar şəkildə, sahənin qurtaracağında başlamaq lazımdır. Mübarizə zamanı küləyin sürəti 5 metr/saniyədən çox olmamalı, traktorun hərəkət sürəti isə 7 kilometr/saat olmalıdır. Dərman preparatları kənarda həll edilib tökülməlidir.

25.06.2019 06:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ