Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Tanınmış şirkət Mərkəzi Bankın qaydasını pozduğuna görə cərimələnib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tanınmış şirkət Mərkəzi Bankın qaydasını pozduğuna görə cərimələnib

Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti ilə “Holcim (Azərbaycan)” şirkəti inzibati qaydada məhkəmə tərəfindən cərimələnib.

 

Reklam_3_11

Xəbərə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib.

 

Bu əmələ görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

 

Qaradağ Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

Qeyd edək ki, 2012-ci ilin aprel ayında “Qaradağ Sement” ASC re-brendinq olaraq "Holcim (Azərbaycan)" ASC olub və dünyanın aparıcı sement təchizatçılarından olan LafargeHolcim Qrupun bir hissəsidir. 

 

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na görə  idxal müqaviləsi üzrə ödəniş aparıldığı gündən 270 gün müddətində mallar ölkəyə idxal edilməlidir. Həmin müddət ərzində mallar idxal edilmədikdə qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Əks halda idxalçı cərimələnir.


Bir sıra hallarda Azərbaycan şirkətlərinin sifariş verdiyi malların istehsalı 270 gündən artıq davam edir. Bu səbəbdən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin banka təqdim edilməsi mümkün olmur. Nəticədə, şirkətlər özlərindən asılı olmayan səbəblərə görə cərimə ödəməli olurlar. Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti ilə, məhkəmə, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə idxalçı şəxsi cərimələyir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report, Marja

25.06.2019 11:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ