Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Tibbi sığorta 20 faiz artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tibbi sığorta 20 faiz artıb

 Azərbaycanda tibbi sığorta üzrə toplanan sığorta haqları artıb, ödənişlər isə azalıb.

 

"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin ilk 5 ayında könüllü tibbi sığorta üzrə 63 milyon 773 min manat sığorta haqları toplanıb, 22 milyon 576 min manat sığorta ödənişləri həyata keçirilib.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin ilk 5 ayı ərzində tibbi sığorta üzrə 53 milyon 221 min manat sığorta haqları toplanmış, 26 milyon 381 min manat sığorta ödənişləri həyata keçirilmişdi. Beləliklə, ötən ilin yanvar-may dövrü ilə müqayisədə 2019-cu ilin yanvar - may dövründə toplanan sığorta haqları 10 milyon 552 min manat və ya 19,8% artıb, sığorta ödənişləri isə 3 milyon 805 min manat və ya 14,4% azalıb.

25.06.2019 15:31

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ