Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Hər il cəlb edilən yeni təcrübəsiz işçilər müştəriləri narazı salırlar”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Hər il cəlb edilən yeni təcrübəsiz işçilər müştəriləri narazı salırlar”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əksər vətəndaşlar bir çox turizm və istirahət mərkəzlərinin işçilərindən narazıdır. Xüsusilə, ofisiantların aşağı xidməti daha çox narazılıq yaradır.

 

Abşerondakı böyük istirahət mərkəzlərinin birinin direktoru “Marja”ya bildirdi ki, Azərbaycanda qızğın turizm mövsümü cəmi 2 ay davam etdiyindən işçiləri daimi saxlamaq mümkün olmur:

 

“Azərbaycanda Antaliyada olduğu kimi turizm mövsümü Fevralda başlamır. İyunun 15-də mövsüm açılır və avqustun 20-dək davam edir. Hər il İyunda yeni işçilər cəlb edirik, mövsümün sonunda isə onları işdən azad edirik. İlboyu müştəri olmadığından yeni peşəkarlaşmağa başlayan işçiləri saxlaya bilmirik. Bizdən ayrılandan sonra özlərinə yeni iş tapırlar və növbəti il onları işə çağıra bilmirik. Əgər turizm mövsümü uzun olsa öyrətdiyimiz işçiləri daimi saxlayardıq. Mövsüm təxminən 2 ay olduğundan hər il yeni təcrübəsiz içilər cəlb edirik. Bu səbəbdən istirahət mərkəzlərində təcrübəsiz işçilər çalışır və müştərilər də bu təcrübəsizliyə görə narazı qalırlar”.

 

27.06.2019 07:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ