Lombardlar üçün minimum kapital miqdarı müəyyən ediləcək

Azərbaycanda lombardlar minimum nizamnamə kapitalı formalaşdırmaq məcburiyyətində qalacaqlar.

 

"Marja"nın məlumatına görə Milli Məclisdə müzakirə edilən Lombardlar haqqında qanun layihəsində qeyd edilib ki, lombardın minimum nizamnamə kapitalı Azərbaycan Respublikasının milli valyutasında formalaşdırılmalıdır.

 

Lombardın nizamnamə kapitalının minimum miqdarına dair tələblər maliyyə bazarlarına nəzarət orqanı (Palata) tərəfindən müəyyən olunur.

 

Lombard öz fəaliyyəti dövründə nizamnamə kapitalını (əmlakını) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən minimum miqdardan az olmayan səviyyədə təmin etməlidir.

 

Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş yeni prudensial normativlər və tələblər, onlarda dəyişikliklər fəaliyyətdə olan lombarda rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə kapitalının minimum miqdarına aid tələblərdə dəyişikliklər isə lombardlara rəsmən bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə minir. Yeni prudensial normativlərin və tələblərin geriyə qüvvəsi yoxdur.

 

LİSENZİYA ALINMALIDIR

 

Həmçinin lombardlar lisenziya almalı olacaqlar. Layihədə qeyd edilib ki, lombardlar maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərir. Lombard fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyalarının verilməsi və ləğv edilməsi, habelə filial açmaq üçün lombardlara icazə verilməsi və verilmiş icazələrin ləğv edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir.

 

İCAZƏSİZ FİLİAL AÇMAQ OLMAZ

 

Maliyyə bazarlarına nəzarət orqanının icazəsi olmadan lombard Azərbayacn Respublikasının ərazisində filial  aça bilməz. Lombardın filiallarının açılması üçün lombardın təsisçiləri maliyyə bazarlarına nəzarət orqanına  ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakılara dair sənədlər əlavə edilməlidir.

 

Lombardlar maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyirlər.

 

HƏMÇİNİN OXUYUN: Lombardlar haqqında qanun - TAM MƏTN

 

27 İyun 2019 , 15:21   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin