Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Çərəzləri hansı supermarketdən alsaq sərfəlidir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çərəzləri hansı supermarketdən alsaq sərfəlidir?

 

UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN

Reklam_3_11

 

Novruz bayramı münasibətilə hər bir ailə süfrəsində çərəzin olmasına çalışacaqdır. Əhalinin gəlirlərinə və marketlərdəki qiymətlərə baxdıqda ehtimal etmək olar ki, bir çox ailələr çərəzləri qıramla almalı olacaqlar.

 

“Marja.az” oxucularında qiymətlər barədə ilkin təəssürat yaratmaq üçün Bakıda 4 supermarketdən əsas çərəzlərin qiymətlərini öyrənib.  

 

İlk öncə qeyd edək ki, olduğumuz supermarketlərdə satılan çərəzlər görünüşünə görə bir-birindən fərqlənir və qiymətlər də buna görə dəyişir. Bir məhsuldan bir neçə çeşiddə də satılır. Ümumiyyətlə, supermarketlərin çərəz məhsulları pis deyil.  Ola bilər ki, malın yerli və ya idxal, iri və xırda və digər səbəblərə görə qiymətləri fərqli olsun.   

 

Lakin “fərqi yoxdur, süfrəmdə çərəz olsun” deyirsinizsə, nisbətən qiymətlərin aşağı olduğu market  SPAR-dır. 4 supermarketdən  ən bahalısı isə Bazarstore-dur.  Ola bilər ki, Bazarstore məhsullarının daha görünüşlü, dadlı və keyfiyyətli olduğunu iddia etsin. Fakt budur ki, Bazarstore -dakı qiymətlər “münasib qiymət” şuarına uyğun gəlmir. Son vaxtlar Bazarstore-un rəqibləri daha keyfiyyətli məhsullar və münasib qiymətlər ilə müştəriləri cəlb etməyi bacarırlar. Bazarstore-da əsasən “Azərsun”un istehsal etdiyi qida və qeyri-qida məhsullarının digər marketlər ilə müqayisədə ucuz olduğu müşahidə edilir.

 

Qeyd edək ki, qiymətlər supermarketlərdən 13 Mart tarixində mövcud olmuş qiymətlərdir. Supermarketlər hər an qiymətlərdə dəyişiklik edə bilərlər.

 

Ümumiyyətlə, hər bir cərəzdən 1 kiloqram alınsa ən azı 100 manat tələb olunacaq.

 

Bütün supermarketlərin müştəriləri çox, alverləri yüksək olsun!

 

Manatla

Adı

Araz

Bazarstore

Bravo

SPAR

Qoz

7.75

6.99

11.99

 6.75

Fındıq

7.75

9.45

-

7.75

Qoz ləpəsi

19.49

22.66

21.99

17.90, 22.90, 26,90

Fındıq ləpəsi

15.99

16.09

15.80, 20,99

15.99

İydə

5.99

7.85

8.99

5.99

Şabalıd

9.25

13.65

-

8.95

Sarı kişmiş

6.20

6.59

5.99

6.20

Ərik qurusu

8.99, 16.86

10.75

10.50, 13.99

8.99,11.60, 12.90

İnnab

3.95

5.10

7.50

3.00

Quru alça

6.70

6.59

6.50

6.70

14.03.2017 07:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ