Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Putindən neft sövdələşməsi barədə açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Putindən neft sövdələşməsi barədə açıqlama
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Federasiyası prezidenti Vladimir Putin OPEC+ ölkələri neft hasilatının azaldılmasına dair sövdələşmənin 6 və ya 9 ay uzadıla biləcəyini bildirib.

 

Reklam_3_11

 “RİA Novosti”  xəbər verir ki, G20 sammiti çərçivəsində keçirilən mətbuat konfransı zamanı Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü barədə danışan Rusiya lideri OPEC+ sövdələşməsinin gələcəyinə dair ortaq mövqe razılaşdırdıqlarını, OPEC+ çərçivəsindəki razılaşmanın müddətini neft hasilatının indiki həcm qədər azaldılması ilə uzadılmasına çalışacaqlarını diqqətə çatdırıb.

 

Xatırladaq ki, OPEC üzvü və bir sıra qeyri-üzvü olan ölkələr (OPEC+) arasında neft hasilatının azaldılmasına dair razılaşma 2017-ci ilin əvvəlindən qüvvədədir. 2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısında başa çatır.

 

Bu razılaşmanın uzadılması, habelə hasilatın azaldılması ilə bağlı kvotalar məsələlərinə iyul ayının 1-2-də Vyanada keçiriləcək OPEC+ nazirlər görüşündə müzakirə olunacaq.

 

Hazırda Azərbaycan öz kvotası çərçivəsində hasilatı 2,5 faiz, yəni gündəlik 20 min barel azaldıb.

29.06.2019 13:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ