Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Azərenerji”də böyük zərər

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərenerji”də böyük zərər

“Azərenerji” ASC 2018-ci ili 307 milyon 335 min manat zərər ilə başa vurub. Bu 2017-ci illə müqayisədə təxminən 2 dəfə azdır.

 

ASC 2017-ci ili 602 milyon 873 min manat zərər ilə bağlamışdı.

 

“Marja” dövlət şirkətinin illik hesabatına istinadən xəbər verir ki, ötən il “Azərenerji”nin enerji satışından gəliri 1 milyard 45 milyon 470 min manat olub. 2017-ci ildə bu rəqəm 1 milyard 13 milyon 336 min manat idi.

 

Ümumiyyətlə, ötən il “Azərenerji”nin cəmi gəlirləri 1 milyard 161 milyon 221 min manat, cəmi xərcləri isə 1 milyard 468 milyon 556 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 307 milyon 335 min manat zərər yaranıb.

 

2017-ci illə müqayisədə 2018-ci ildə “Azərenerji”nin mənfəət vergisindən əvvəlki zərəri təxminən 9 dəfə azalaraq 59 milyon 168 min manata düşüb. Lakin 245 milyon 88 min manat mənfəət vergisi xərci ilə əlaqədar olaraq zərər 307 milyon 335 min manata yüksəlib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

01.07.2019 16:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ