“Gilan”ın nizamnamə kapitalı böyük məbləğdə artırıldı
İyun ayının əvvəlində “Gilan”-ın və holdinqə daxil olan bəzi şirkətlərin nizamnamə kapitallarının artırılacağı barədə məlumat yayılmışdır.
"Marja"nın əldə etdiyi məlumata görə, iyun ayının 28-də şirkətin nizamnamə kapıtalının həcmi artırılaraq, 395 milyon 850 min 678 manata çatdırılıb. Daha əvvəl isə bu məbləğ 22 milyon 182 min 402 manat təşkil edirdi. Beləliklə, şirkətin nizamnamə kapitalı 373 milyon 668 min 276 manat artırılıb.
Xatırladaq ki, daha öncə yayılmış məlumata əsasən, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilmişdir ki, bu da Holdinqin maliyyə dayanıqlığının təmin edilməsi və bazar mövqelərinin gücləndirilməsi ilə əlaqədardır.
1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq”, qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
5 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
5 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
6 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 6 saat əvvəl