Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu gün sığorta şirkətlərinin rəhbərləri Palatada toplaşacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün sığorta şirkətlərinin rəhbərləri Palatada toplaşacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu gün sığorta şirkətlərinin rəhbərlərini toplayır.  Sığorta şirkətlərindən əldə edilən məlumata görə, əsas müzakirə mövzusu icbari avtomobil sığortası ilə bağlı endirimlər olacaq.

 

Reklam_3_11

Qeyd edək ki, Palata ötən ilin may ayından etibarən icbari avtomobil sığortası üzrə endirim, hədiyyə və güzəştlərlə bağlı ciddi qadağalar tətbiq etməyə başlamışdı. Nəticədə sığorta bazarında bu istiqamətdə ciddi dönüş müşahidə edilirdi.

 

«İcbari sığortalar haqqında» Qanunun 12.4-cü maddəsinə əsasən, sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə, verilən komisyon muzdlara sərf edə bilər. Amma ötən ilin sonunda etibarən bəzi iri sığorta şirkətlərinin qadağalara məhəl qoymaması sonda bazarda endirimlərin 30%-ə qədər yüksəlməsinə gətirib çıxarıb. Palata bu məsələni yenidən diqqətdə saxlayır. Sığorta bazarında endirimlərlə bağlı qadağalara riayət etməyən sığorta şirkətlərinə və onların rəhbərlərinə qarşı ciddi sanksiyaların tətbiq ediləcəyi gözlənilir.

 

MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov sığorta şirkətlərinin rəhbərləri ilə görüşü təsdiqləyib. O bildirib ki, bununla bağlı daha sonra ətraflı məlumat veriləcək.

 

© Fins.az

14.03.2017 07:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ