Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Varvara Balıq” özəlləşdi - BU ŞİRKƏT ALDI, 12 MİLYON YATIRACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Varvara Balıq” özəlləşdi - BU ŞİRKƏT ALDI, 12 MİLYON YATIRACAQ

Özəlləşmə nəticəsində biznes mühitində daha bir müəssisə fəaliyyətə başlıyacaq.

 

Reklam_3_11

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cari ilin 12 aprel tarixində “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “Varvara Balıq” ASC-nin özəlləşməsi üzrə investisiya müsabiqəsi elan edilmişdi.

 

Müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim olunub. Təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə “Az Varvara” Məhdud Məsuliyyətli Cəmiyyəti “Varvara Balıq” ASC-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib. Bu barədə "Marja"ya Komitədən bildirilib. 

 

İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqidir. Həmçinin istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, ekoloji tarazlığın qorunması əsas vəzifələrdəndir.

 

Qalib şirkət müəssisənin müasir texnologiyalar əsasında yenidən qurulması üçün 12 milyon manat investisiya yatıracaq. Həmçinin dövlət büdcəsinə 1 milyon 250 min manat məbləğində pul vəsaitinin köçürülməsini üzərinə götürüb.

 

Bu açıq səhmdar cəmiyyətinin yenidən qurulması bəzi nəsli kəsilməkdə olan balıqların çoxalmasına şərait yaradacaq. Bölgə, nərə, uzunburun kimi az sayda olan balıqların yetişdirilməsi planlaşdırılır.

 

Müəssisənin fəaliyyəti yeyinti sənayesinin inkişafına xidmət göstərməklə yanaşı, əhalinin balığa olan tələbatının ödənilməsinə də şərait yaradacaq. Həmçinin gələcəkdə balıqdan hazırlanan məhsulların, konservləşdirilmiş malların istehsalı üçün lazım olan xammal zavod tərəfindən təmin edilə bilər.

 

Qalib şirkət investisiyaları müəssisədəki nohurların tam yenidən qurulması və əlavə nohurların inşasına, qapalı su çevrəsi əsasında fəaliyyət göstərən istehsal sahəsinin yaradılmasına, o cümlədən hovuzların yenidən qurulması və yeni hovuzların quraşdırılmasına sərf edəcək. Eyni zamanda vəsait təmir-tikinti işləri və inzibati binanın restruktizasiyasına, su təchizat sisteminin yeniləşdirilməsi, eləcə də ərazinin abadlaşdırılmasına xərclənəcək.

 

Qeyd edilməlidir ki, müəssisəyə qoyulması nəzərdə tutulan investisiyaların bir il ərzində yatırılması, görüləcək işlər nəticəsində 150 yeni iş yerinin yaradılması planlaşdırılır.

03.07.2019 09:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ