Yarımçıq tikili 70 min manata özəlləşdirildi
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər həftə dövlət əmlaklarının özəlləşdirilməsi hərracı keçirilib.
14 mart tarixində baş tutmuş hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərracda özəlləşdirilmiş kiçik dövlət müəssisələri və istifadəsiz qeyri yaşayış sahəsi paytaxtda və respublikanın digər regionlarında yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gədəbəy şəhərində yerləşən “Xəstəxana binasının yarımçıq tikilisi” olub. Belə ki, bu əmlak 70 min manata özəlləşdirilib. Özəlləşdirilmiş 3 istifadəsiz qeyri-yaşayış obyektinin 1-i paytaxtın Nərimanov rayonunda, 2-si isə müvafiq olaraq regionlarda Gəncə şəhəri və Mingəçevir şəhərində yerləşir.
Hərracda özəlləşdirilmiş 5 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 33 d. əvvəl
-
1 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl