Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

SOCAR Ukraynada elektromobillər üçün daha iki stansiyanı işə salıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Ukraynada elektromobillər üçün daha iki stansiyanı işə salıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində elektromobillərin enerji ilə doldurulması üçün daha iki ədəd stansiya fəaliyyətə başlayıb.

 

Reklam_3_11

Bu barədə  SOCAR-ın Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkətinddən məlumat verilib.

 

Məlumata görə, SOCAR DTEK şirkəti ilə əməkdaşlıqda daha iki YDM-də “Strum” sürətli enerji dolurucu stansiyanı işə salıb. Xüsusilə, bu stansiyalar Kiyev-Odessa və Kiyev-Lvov magistral yolları kənarında quraşdırılıb.

 

Belə ki, enerji doldurucu stansiyanın gücü 50 kVt təşkil edir və avtomobilin batareyasını 30-40 dəqiqə ərzində tam doldurmağa imkan verir.

 

“SOCAR Energy Ukraine” şirkətinin Satınalmalar Departamentinin direktoru Dmitri Atroşenko bildirib ki, elektromobillər bazarı olduqca dinamik inkişaf edir: “Biz müştərilərimizin gözləntilərini daha artıqlaması ilə təmin etməyə çalışırıq. Sonuncu nəsil çoxfunksiyalı cihazlar Avropa istehsalıdır və bu, rahat və sürətli xidməti qiymətləndirənlər üçün layiqli tətbiqdir. Bu bizim DTEK ilə Ukraynada elektrik nəqliyyatı üçün infrastrukturunun inkişafında birgə töhfəmiz olacaq”.

 

Məlumata görə, yayın sonuna qədər “Strum” 23-ə qədər sürətli enerji dorduran stansiyaların quraşdırılmasını planlaşdırır. 

04.07.2019 14:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ