Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Baramanın startapları üçün imkanlar genişləndi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Baramanın startapları üçün imkanlar genişləndi

® 2009-cu ildə “Azercell Telekom” MMC tərəfindən yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkədə sahibkarlıq mühitinin və startap sisteminin inkişafına öz dəstəyini verib.

 

Reklam_3_11

Əsasən, informasiya texnologiyaları sahəsinə aid olan layihələrin və startapların formalaşaraq müstəqil şirkətə çevrilməsində yardımçı olan mərkəz, “Azercell Telekom” MMC-nin brendi olaraq qalmaqla bundan sonra öz fəaliyyətini Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnnovasiyalar Agentliyində davam etdirəcək.

 

İnnovasiyalar Agentliyi Mərkəzin gələcək fəaliyyət və inkişaf perspektivlərinə dəstək verməklə onun idarəetməsini həyata keçirəcək. Bunun nəticəsində təşkilati proseslərin səmərəliliyinin artırılması yolu ilə ölkədə sözügedən sistemin inkişafı üçün əlverişli şəraitin yaradılması və daha geniş imkanların təqdim edilməsi mümkün olacaq. Qeyd edək ki, hazırda Barama 15 startapa dəstək göstərməkdədir.

 

04.07.2019 14:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ