Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dünya lideri onu Azərbaycan üzrə direktor təyin etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya lideri onu Azərbaycan üzrə direktor təyin etdi

“Visa” şirkəti bu gün Kristina Doroşun Qafqaz regionu üzrə (o cümlədən Azərbaycan) ölkə direktoru təyin edildiyi barədə məlumat yayıb.

 

“Visa” şirkətindən "Marja"ya verilən məlumata görə, Kristina Doroş bu yeni vəzifəsində əsas diqqətini “Visa” şirkətinin regionun bazarlarındakı fəaliyyətinə, eləcə də şirkətin banklara, satış nümayəndələrinə və kart sahiblərinə göstərdiyi dəyəri artırmaqla Qafqaz regionunda elektron ödənişlərin genişlənməsinə yönəldəcək.

 

“Biz Kristina Doroşun “Visa” şirkətinin Qafqaz region üzrə ölkə direktoru vəzifəsinə təyin olunması xəbərini yaymaqdan böyük məmnunluq duyuruq. Sınanmış idarəetmə və liderlik bacarıqları, ödənişlərlə bağlı dərin bilikləri və regional biznes işini əla bilməsi sayəsində Kristinanın şirkətimizin Qafqaz regionundakı ölkələrə verdiyi əhəmiyyəti nəzərə alaraq, fəaliyyətimizi daha yüksək zirvələrə aparacağına inanırıq”, - “Visa” şirkətinin CISSEE üzrə ölkə direktoru Vira Platonova bildirib.

 

Kristina Doros pərakəndə bankçılıq, informasiya texnologiyaları, kartlar və mobil ödəmələr üzrə 20 illik iş təcrübəsinə malikdir.  2016-cı ildən bəri Kristina Regional Məhsullar komandasına rəhbərlik etmək üçün “Visa” şirkətinə qoşulub və 2019-cu ildən Problemlərin Həlli Departamentinin müdiri, “Visa” CISSEE-nin vitse-prezidentinin səlahiyyətlərini icra edir. Əsas məhsullardan (Debit, Credit və Premium) başqa, Kristina həmçinin elektron ödənişlərin yayılması üçün baza rolunu oynayan “Loyalty” platformasının inkişafı, Rəqəmsal Həllər və “Push Payments” sistemini idarə edir. Kristinanın peşəkar uğurlarının əsas mərhələlərinə Premium ödənişlərinin artırılması, Ukraynada və Belarusda “Loyalty” proqramının işə salınması, Tap to Phone SME texnologiyasının işə salınmasının dəstəklənməsi və s. daxildir.

 

“Visa CİSSEE məhsulları komandasının rəhbəri kimi maraqlı təcrübəmdən sonra Qafqaz regionunda “Visa” şirkətinə rəhbərlik etməkdən məmnunluq duyuram. Bu, müştərilərimizə və tərəfdaşlarımıza daha çox innovasiya və fayda təqdim edə bilmək və ödənişlərin gələcəyini formalaşdırmaqla və regionda yenilikləri təşviq etməklə bazarda mövcudluğumuzu gücləndirmək üçün maraqlı və çətin bir imkandır”- Kristina Doroş bildirib.

 

Visa Inc. rəqəmsal ödənişlər üzrə dünya lideridir. 

05.07.2019 11:02

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ