Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kəngərlidə icbari tibbi sığorta tətbiq ediləcək - SƏRƏNCAM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kəngərlidə icbari tibbi sığorta tətbiq ediləcək - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

"Marja"nın məlumatına görə, sərəncam Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır. 

 

Sərəncamla Kəngərli rayonunda icbari tibbi sığorta tətbiq ediləcək, Kəngərli Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu veriləcək.

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini təsdiqləmək və icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2019-cu il avqustun 1-dən publik hüquqi şəxsin fəaliyyətini təmin etmək, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Kəngərli Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il avqustun 1-dən 50 faiz artırılmasını təmin etmək tapşırılıb. Eyni zamanda bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Kəngərli Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etsinlər.

 

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

05.07.2019 17:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ