Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Gazelli Group” Səudiyyə və Ərəb Əmirliklərinə ixrac reallaşdıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gazelli Group” Səudiyyə və Ərəb Əmirliklərinə ixrac reallaşdıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalı ixracatçı şirkətlərin yeni bazarlara çıxışını dəstəkləmək yönündə fəaliyyətini genişləndirir. Bu məqsədlə Azexport portalı ixrac zamanı sərbəst satış sertifikatına ehtiyac duyan şirkətlərin sorğularını cavablandırır və onları müvafiq sənədlə təmin edir.

 

Mərkəzdən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, Azexport portalı tərəfindən sərbəst satış sertifikatı verilən şirkətlər yeni bazarlara ixracda uğur qazanaraq, bu istiqamətə fəaliyyətlərini genişləndirmək üçün sertifikatlarını yeniləməyə başlayıb. Bu baxımdan “Made in Azerbaijan” brendi adı altında kosmetik məhsullar istehsal edən “Gazelli Group” şirkətinin fəaliyyəti xüsusi qeyd edilməlidir.

 

“Gazelli Group”  şirkəti 2019-2020-ci illərdə də məhsul ixracını artırmaq üçün sərbəst satış sertifikatını yenilənməsinə ehtiyac duyub. “Gazelli Group” şirkətinin bununla bağlı sorğusu Azexport portalı tərəfindən müsbət qarşılanıb və ona verilən sertifikatlar yenilənib. Azexport portalının təqdim etdiyi sərbəst satış sertifikatı vasitəsi ilə sözügedən şirkətin qarşıdakı müddətdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə 64  adda məhsul üzrə ixrac reallaşdıracaqdır.

 

Azexport portalının meneceri Ayxan Qədəşovun sözlərinə görə, sərbəst satış sertifikatı hazırda dünyada könüllü xarakter daşıyan sertifikatdır: “Qida, dərman və insan orqanizmi ilə birbaşa təmasda olan məhsullara nəzarətin daha da güclənəcəyini nəzərə alsaq, bu sertifikatın ixracatçı şirkətlər üçün icbari sertifikatlar siyahısına daxil edilməsi ehtimalı böyükdür.”

 

Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycanda ilk dəfə Azexport portalı tərəfindən təqdim olunub. Sertifikatın verilməsi ilə “Made in Azerbaijan” brendi adı altında istehsal olunan qida, dərman və insan orqanizmi ilə birbaşa təmasda olan məhsullar artıq Filippin, İndoneziya, Dominikan, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Amerika, Çin və s., ölkələrə ixrac olunmağa başlanılıb.

08.07.2019 09:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ