Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Turizm əhəmiyyətli avtomobil yolunun tikintisi yekunlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Turizm əhəmiyyətli avtomobil yolunun tikintisi yekunlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Quba rayonunda 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin son mərhələsi həyata keçirilir.

 

Hazırda tikinti işləri yolun Qonaqkənd qəsəbəsi yaxınlığındakı son 6 kilometrlik hissəsində aparılır. Yolun bu hissəsinin asfaltlanması yaxın günlərdə başa çatdırılacaq.

 

46 kilometrlik yolun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən 40 kilometrinə artıq birinci qat asfalt döşənib. Vəlvələçay çayı üzərində qurulan 3 körpüdən ikisinin inşası da başa çatıb. Çayqovuşan adlanan ərazidə tikilən sonuncu körpüdə isə işlər tamamlanmaq üzrədir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3-cü və 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan avtomobil yolunun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Yolboyu zəruri yerlərdə kommunikasiya xətləri yenilənməklə yanaşı, mövcud su boruları və su keçidləri bərpa olunub, giriş-çıxış hissələri təmizlənib, lazımi yerlərdə yeni su boruları tikilib.

 

Quba–Qonaqkənd avtomobil yolunun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Yolun tikintisi Qubada turizmin inkişafına da təkan verəcək.

08.07.2019 15:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ