Prezident nüfuzlu fransız şirkətlərini Azərbaycana dəvət edib
Kənd təsərrüfatı sahəsində yaxşı perspektivlərimiz var.
Şadam ki, ötən bir neçə ildə iqtisadiyyatımızın bu sektoru da çevik inkişaf etməyə başlayıb və bu, həmçinin fransız şirkətlərinin iştirakı ilə baş verib. Xüsusilə üzüm bağlarımızın inkişafını qeyd etmək istəyirəm. Kənd təsərrüfatında məhsuldarlığı artırmaq məqsədilə iqlim şəraitimizdən maksimum dərəcədə istifadə olunub.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib ki, qarşıdakı illərdə əsas diqqət yetiriləcək sahə iqtisadiyyatın qeyri-neft sektoru, əsasən də kənd təsərrüfatı olacaq. “Mən Fransanın nüfuzlu şirkətlərini Azərbaycana gəlməyə - müasirləşmə və məhsuldarlığın artırılması ilə bağlı layihələri həyata keçirmək üçün Azərbaycan hökuməti ilə işləməyə dəvət edirəm. Suvarma bizim əsas diqqət yetirdiyimiz sahələrdən biridir. Təkcə, bu il biz çoxlu investisiya cəlb edərək əvvəllər suvarılmamış azı 100-150 min hektar sahəni su ilə təmin edəcəyik. Bu, əlavə böyük həcmdə məhsulların istehsalına gətirib çıxaracaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
8 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
8 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
10 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 10 saat əvvəl