Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Avro yenidən 1.13 dollara qalxa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro yenidən 1.13 dollara qalxa bilər

Foreks bazarlarında dolların ucuzlaşması və EUR/USD məzənnəsinin yenidən 1.13$, Brentin isə 64$-a kimi bahalaşması proqnozlaşdırılır.


 

Foreks bazarlarında dolların ucuzlaşması və EUR/USD

 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən məzənnələrinin təzyiq altında olduğunun şahidi oluruq. Buna səbəb Amerikada inflyasiyanın 1.6%-ə düşməsi ehtimallarıdır. Bu, FED-in faiz azaldılması ehtimallarını da artırır. 

 

Nəticədə EUR/USD məzənnəsi 1.12$-da dəstək görür və bu səviyyənin üzərində qaldıqca, 1.13$-a kimi bahalaşa bilər. 

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da ABŞ-dan əmək bazarı ilə bağlı da önəmli statistik göstəricilərin açıqlanması gözlənilir. 

 

Lirədə ucuzlaşma

 

Türkiyədə mərkəzi bank sədrinin vəzifəsindən uzaqlaşdırılması xəbərlərindən sonra USD/TRY məzənnəsi 5.78TL-yə kimi bahalaşmışdır. Bundan sonra yenidən ucuzlaşan məzənnə 5.62TL-yə kimi geri qayıda bilər və bu iki qiymət aralığında ticarət olunması proqnozlaşdırılır. 

 

Neftin 67$-a kimi bahalaşması proqnozları gündəmdə

 

Enerji birjalarında isə Avropanın Brent neftinin bir barel qiyməti 64$ ətrafında təklif edilir və 64$-ın üzərində ticarət edilərsə, 67$-a kimi də dəyər qazana bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

09.07.2019 07:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ