“Azərbaycan Dəmir Yolları”: Hadisə yerində yanğın baş verməyib
“Azərbaycan Dəmir Yolları” bildirir ki, bəzi kütləvi informasiya vasitələrində dəmir yolunun Padar-Sığırlı mənzilində dünən gecə baş vermis hadisə ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Həmin məlumatlarda qeyd olunur ki, guya hadisə yerində yanğın baş verib, sərnişinlər arasında ajiotaj yaranıb.
"Məlumat üçün bildiririk ki, bu informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir. Hadisə ilə bağlı aşağıdakıları bildirməyi vacib sayırıq.
8 iyul 2019-cu ildə saat 23:22-də dəmir yolunun Padar-Sığırlı mənzilinin 376-cı kilometrində 38 saylı Bakı-Tbilisi sərnişin qatarı hərəkətdə olarkən, elektrovozun hərəkət istiqamətində arxa seksiyanın cərəyanqəbuledicisi zədələnmiş, kontakt naqilində qopmalar baş vermişdir.
Təcili olaraq bərpa işlərinə başlanılmış, elektrovozun cərəyanqəbuledicisi və kontakt naqili müvafiq qaydaya gətirildikdən sonra, qatar 9 iyun gecə saat 02:10-da təyinatı üzrə yola salınmışdır.
“Azərbaycan Dəmir Yolları” QSC olaraq bildiririk ki, hadisə nəticəsində heç bir yanğın baş verməmiş, xəsarət alan olamamış, texniki qurğularda baş vermiş nasazlıqlardan başqa digər hallara yol verilməmişdir.
Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat ləngimə qeydə alınmışdir.
Hazırda qatarlar öz qrafiki ilə hərəkət edir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
14 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
15 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 15 saat əvvəl