Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

OPEC-in neft hasilatı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC-in neft hasilatı azalıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik neft hasilatı, fevral ayında yanvar ayı ilə müqayisədə 140 min barel azalaraq 31 milyon 960 min barrelə düşüb.


 
 OPEC-in "Neft Bazarı Hesabatına" görə, fevralda qlobal neft hasilatı əvvəlki ayala müqayisədə gündəlik 210 min azalma ilə 95 milyon 880 min barrelə enib. Fevralda qlobal neft hasilatı 2016-ci ilin fevral ayı ilə müqayisədə dəyişiklik göstərməyib.

Reklam_3_11


 
OPEC-in xam neft istehsalı, fevralda əvvəlki ayla müqayisədə gündəlik 140 min barrel azalma ilə 31 milyon 960 min barel olub. OPEC-in hasilatını azaltması ilə fevralda qlobal neft istehsalındakı payı 33,3%-ə geriləyib.


 
Fevralda OPEC-də xam neft hasilatı ən çox Nigeriyada artıb, ən böyük azalma Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Anqolada baş verib.


 
Nigeriyada gündəlik hasilat fevralda əvvəlki ayla müqayisədə təxminən 58 min barel artım göstərib. OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanında isə, fevralda əvvəlki ayla müqayisədə neft hasilatı 68 min barrel azalma ilə 9 milyon 797 min barrelə enib. Kartelin ikinci böyük istehsalçısı İraq isə fevralda gündəlik hasilatını 62 min barel azaldıb.


 
QLOBAL NEFT TƏLƏBİ ARTACAQ

 
 
Bu il qlobal neft tələbi isə, keçən illə müqayisədə 1 milyon 260 min barel artımla gündəlik 96 milyon 310 min barelə çatacaq. 

14.03.2017 14:38

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ