Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Çəltik toxumu təsərrüfatı yaradılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çəltik toxumu təsərrüfatı yaradılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkəmizdə çəltikçiliyin inkişafı ilə bağlı yaradılan Azərbaycan Çəltikçilik Assosiasiyası Lənkəran rayonunun Siyavər kəndində toxumluq çəltik təsərrüafatı yaradıb. 

 

Reklam_3_11

Toxumluq çəltik təsərrüafatının yaradılmasında məqsəd elit çəltik toxumunu əldə etmək, az sahədə yüksək məhsuldarlığa nail olmaqdır. Bu məqsədlə təsərrüfat üçün 75 hektar əkin sahəsi ayrılıb. Toxumluq çəltik əkininə İrandan dəvət olunmuş mütəxəssislər də cəlb ediliblər.

 

Əkindən əvvəl ilkin mərhələdə torpağın tərkibini öyrənmək üçün aqrokimyəvi analizi aprılıb və əsas qida maddələrinə-gübrə normalarına olan tələbatı müəyyən edilib. Daha sonra İrandan gətirilmiş relyef və iqlim şəraitinə uyğun texnikanın köməyi ilə torpaq əkinə hazırlanıb. Xüsusi qoşulmuş qoşqular vasitəsilə torpaq saatlarla qarışdırılır, alaq otları parçalanaraq gübrəyə çevrilir.

 

Əkin işləri başa çatdırıldıqdan sonra aqrotexniki qulluq işlərinə başlanılacaq. Ehtiyac olduğu qədər mərhələlərlə gübrələr veriləcək, alaq otlarına qarşı mübarizə məqsədilə herbisidlər səpiləcək. Biçinə 15-20 gün qalmışa qədər çəltik sahələri daima su ilə təmin ediləcək.

 

Artıq 75 hektar toxumluq çəltik sahəsinin 70 hektarında əkin yekunlaşıb. Qalan 5 hektar sahədə işlər bir neçə günə başa çatdırılacaq. Bu, gələcəkdə 1500 hektar sahədə yüksək keyfiyyətli çəltik əkini aparmağa imkan verəcək.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

10.07.2019 15:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ