Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Rövnəq Abdullayev “Itochu"nun prezidentilə görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rövnəq Abdullayev “Itochu"nun prezidentilə görüşüb

Yaponiyanın “Itochu” Korporasiyası SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlıdır.

 

SOCAR-dan bildirilib ki, iyulun 10-da şirkətin prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, “Itochu” Korporasiyasının prezidenti Keita İşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

R.Abdullayev “Itochu”nun prezidenti K.İşini Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri təyin olunması münasibətilə təbrik edib, “Itochu” ilə SOCAR-ın uzunmüddətli əməkdaşlıq əlaqələrindən danışıb, bu əlaqələrin inkişafı üçün geniş imkanlar olduğunu bildirib.

 

Yapon nümayəndə heyətinin rəhbəri K.İşi Bakıya ilk dəfə gəldiyini söyləyib, SOCAR-da olmaqdan məmnunluğunu ifadə edib. “Itochu”nun prezidenti SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

 

SOCAR-ın prezidenti Azərbaycanda xarici investisiyanın qorunması üçün yaradılan şəraitdən ətraflı bəhs edib, yapon şirkətlərinin ölkəmizin neft-qaz sektorunda iştirakını yüksək qiymətləndirib.

 

Xatırladaq ki, “Itochu” “Əsrin müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağının işlənilməsi, daha sonralar isə Bakı-Tbilisi-Ceyhan layihəsində və SOCAR-ın Türkiyədə inşa etdiyi “Star” neft emalı zavodunun tikintisində iştirak edib.

11.07.2019 05:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ