Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Çin fondu Azərbaycanda layihələrə sərmayə yatıra bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin fondu Azərbaycanda layihələrə sərmayə yatıra bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çinin İpək Yolu Fondu (Silk Road Fund, SRF) Azərbaycanda infrastruktur layihələrinə sərmayə qoyulması imkanlarını öyrənir



SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çinin İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Reklam_3_11


SOCAR-ın prezidenti Çinin İpək Yolu Fondunun böyük investisiya imkanlarından danışmış və bu sərmayənin bütün dünyanın inkişafına töhfə verə biləcəyini vurğulamışdır. 

 

İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjun, hazırda Fondun maliyyə imkanlarının genişləndirilməsindən, həmçinin müxtəlif sahələrə sərmayə qoymaqda maraqlı olduqlarından bəhs etmişdir.

 

Fondun müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etdiyini bildirən Yan Zedjun bu istiqamətdə Azərbaycanla da əməkdaşlıqda maraqlı olduqlarını vurğulamışdır. Fond rəhbəri SOCAR-ın fəaliyyətini yaxından izlədiklərini, şirkətin inkişaf konsepsiyası ilə tanış olduqlarını diqqətə çatdırmışdır. 

 

Rövnəq Abdullayev Azərbaycanda həyata keçirilən infrastruktur layihələri haqqında qonaqları məlumatlandırmış, gələcəkdə həyata keçiriləcək enerji layihələrində Çinlə əməkdaşlıq perspektivlərindən söz açmışdır. 

 

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışlar. 

11.07.2019 12:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ