Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft, ABŞ-ın neftbaza göstəricisindən sonra bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, ABŞ-ın neftbaza göstəricisindən sonra bahalaşıb

Neft qiymətləri, ABŞ-da neft ehtiyatlarındakı azalmanın Səudiyyə Ərəbistanının hasilatı artırmasını əvəz etməsilə bir qədər yüksəlib.


 
Sektor tərəfindən maliyyələşdirilən Amerika Neft İnstitutunun məlumatlarına görə, ABŞ-da neft ehtiyatları ötən həftə 531,000 barel azalıb. Çərşənbə günü açıqlanacaq rəsmi göstəricinin isə neft ehtiyatlarının ardıcıl 10-uncu həftə də artdığını göstərməsi gözlənilir. 

Reklam_3_11

 


Çərşənbə axşamı günü açıqlanan OPEC hesabatına görə, Səudiyyə Ərəbistanının hasilatı Fevral ayında yenidən gündəlik 10 milyon barelin üzərinə çıxıb.


 
Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkənin 1 Yanvardan etibarən qlobal hasilat artığını "əritmək" üçün istehsalı azaltmağa başlamasından bəri neft qiymətləri 50 dolların üzərində idi. Lakin neft ötən həftə ABŞ-da ehtiyatların və hasilatın artması ilə əlaqədar olaraq 50 dollar səviyyəsindən aşağı endi. Qiymətlər Dekabr ayından bu yana ilk dəfə bu səviyyədən aşağı düşüb. Səudiyyə Ərəbistanı keçən ay hasilatı gündəlik 263,300 barel artırıb, ancaq bu ölkənin istehsalı hələ də razılaşmada müəyyənləşdirilən "tavan"dan aşağıdır.


 
Analitiklər bildirirlər ki, ABŞ-ın rəsmi neftbaza göstəriciləri qiymətlər üçün əhəmiyyətli olacaqdır.
 
Qərbi Texas nefti (WTI) Nymex birjasında 1.15 dollar bahalaşaraq barreli 48.87 dollara qədər, Brent nefti Londonda ICE Futures Europe birjasında 74 sent və ya 1.5 faiz bahalaşaraq bareli  51.66 dollara qədər qalxıb.   

15.03.2017 05:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ