Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ayın sonunda bu ssenari olsa Türk lirəsi “relsdən” çıxa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ayın sonunda bu ssenari olsa Türk lirəsi “relsdən” çıxa bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İnvestorların ən çox qorxduğu, Ərdoğanın Mərkəzi Bankı çox aqressiv və çox sürətli faiz endirimləri üçün məcbur etməsidir. 

 

Reklam_3_11

Böyük bir faiz endirimi olacaq, yoxsa faiz sabit saxlanacaq?


 

İnvestorlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Mərkəzi Bank üzərindəki mübahisəsiz təsirini həzm etməyə çalışırlar. İndi yaranmış sual; “Türkiyə Mərkəzi Bankı faizi hansı sürətdə azaldacaq?”dır.

 

"Marja"nın məlumatına görə, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Murat Çetinkayanın vəzifədən azad edilərək yerinə müavini Murat Uysal təyin olunmadan da əvvəl, bazar (xüsusilə investorlar) TCMB-dən son üç ilin ilk faiz endirimini gözləyirdilər.   

 

Ancaq, Ərdoğanın yüksək faizə mənfi münasibəti də nəzərə alındıqda Mərkəzi Bankın faizi aşağı salma sürəti bazar üçün sürpriz ola bilər. Normasında bir yanaşma (faizin zəif aşağı salınması) Türk lirəsinə dəstək olacaq kapital girişlərinə və inflyasiyanın səngiməsinə səbəb ola bilər. Daha aqressiv bir addım (güclü faiz endirimi) Türk lirəsinin yeni yaranmağa başlayan sabitləşməsini “relsdən” çıxara bilər.

 

TCMB rəsmiləri 25 İyuldakı toplantıda faizlərə dair qərar verəcəklər. Bu qərara dair nə kimi ssenarilər ola bilər?

 

FAİZİN KƏSKİN AŞAĞI SALINMASI

 

İnvestorların ən çox qorxduğu, Ərdoğanın Mərkəzi Bankı çox aqressiv və çox sürətli faiz endirimləri üçün məcbur etməsidir. 

 

"Rabobank"ın inkişaf edən bazarlar üzrə strateqi Piotr Matys, "Prezident Ərdoğan, inadcıl bir şəkildə yüksək qalan inflyasiyadan yaranan iqtisadi çətinlikləri, həyata keçirilməsi çox çətin olan struktur islahatlarına fokuslanmaq əvəzinə, faizi nisbi olaraq sürətli bir şəkildə aşağı salaraq həll etməyə niyyətli kimi görünür" - deyib.

 

Ərdoğana görə, yüksək faiz yüksək inflyasiyanın anasıdır.

 

Matys, TCMB-nin yeni sədri Murat Uysal Ərdoğanı sakitləşdirmək üçün bir neçə yüz faiz bəndi olmaqla böyük miqyaslı bir faiz endiriminə gedə biləcəyini sözlərinə əlavə edib.

 

KÖRPƏ ADDIMLARI İLƏ GETMƏK

 

Çetinkayanın vəzifədən azad edilməsilə TCMB-nin etibarlılığına dəyən ziyan nəzərə alındıqda, yeni sədr Uysal, vəziyyəti bir az dəyişdirmək üçün faizin zəif endirilməsini seçim edə bilər. "Standard Chartered Plc"dən Carla Slim-ə görə, Mərkəzi Bankın faizi 100 bənd endirməsi təmkinli bir addım olar.

 

Slim, "TCMB bu ilin ötən dövründəki bir sıra qeyri-müəyyənliyə görə faizin aşağı salınmasını təxirə saldı. İyul ayında kəskin bir faiz endirimi bazarları narahat edə bilər. Bazarda, “növbəti iclaslarda da güclü faiz endirimi”  gözləntisi yaranar və bu, Mərkəzi Bankın manevr qabiliyyətini azalda bilər. Bu səbəbdən mərhələli faiz endirimi gözləyirik" deyib.

 

FAİZİ SABİT SAXLAMAQ

 

Faizin dəyişdirilməməsi bütün dünyada analitikləri və investorları təəccübləndirər və yəqin ki, Lirənin xeyli bahalaşmasına səbəb ola bilər. 

 

Lüksemburqda "Nordea Investment Funds"dan stajlı makro strateqi Sebastien Galy, "Sentyabr ayından bu yana Mərkəzi Bank pul siyasətini hökumətin müdaxiləsinə qarşı müstəqilliyinin bir işarəsi kimi saxladı. Aqressiv faiz endirimi gözləntilərinə baxmayaraq faizi sabit saxlayarsa, bu vəziyyət investorları, səhmlər və sabit gəlirliliyi olan qiymətli kağızlar bazarında volatillik dalğasının ardından sakitləşdirəcək",- deyib.

 

Galy-yə görə, məntiq belə də ola bilər; Qiymət (inflyasiya) təzyiqi yüngülləşərsə, ona qarşı mübarizə ehtiyacı da azalır. Ancaq, Galy, strateqlərin böyük qismi kimi, bu ssenarinin ehtimalının çox aşağı olduğunu düşünür.

15.07.2019 07:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ