Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Şəki Xan Sarayında xəsarət alanlardan biri vəfat edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şəki Xan Sarayında xəsarət alanlardan biri vəfat edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şəkidə baş verən bədbəxt hadisə nəticəsində xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

 

Reklam_3_11

1987-ci il təvəllüdlü Xatirə Ağamalıyeva Gəncə şəhər 26 saylı orta məktəbdə ingilis dili fənnini tədris edib. O, eyni zamanda Şəmkirdə repetitor kimi fəaliyyət göstərib.

 

Əslən Qərbi Azərbaycanın Şişqaya kəndindən olan Ağamalıyeva, 1988-ci ildə ailəsilə Şəmkirin Çənlibel kəndinə köçüb. Uşaq ikən atasını itirən Xatirə Ağamalıyevanın anası ilə birgə Şəmkirin İpək yolu qəsəbəsində yaşadığı bildirilir. Yaxınlarının dediyinə görə, Xatirə Ağamalıyeva savadlı, mehriban, şagirdlərinin sevimlisi olub.

 

O, Gəncədə ali təhsil aldıqdan sonra ailə həyatı qurub. Bir müddət sonra yoldaşından ayrılan Ağamalıyevanın bir qız övladı var. Xatirədən xatirə qalan azyaşlı qızı bu il 5-ci sinifi bitirib.

 

Qeyd edək ki, Xatirə Ağamalıyeva bu gün Şəmkirin Çənlibel kəndində torpağa tapşırılacaq.

XXX  XXX

Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri dünyasını dəyişib.

 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Xan Sarayı qarşısındakı 500 yaşlı Xan Çinarın iri budağının qırılaraq yerə düşməsi nəticəsində ağır xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

 

İyulun 14-də Şəki Xan Sarayı qarşısındakı 500-ə yaxın yaşı olan iki çinar ağacından birinin iri budağının qırılaraq yerə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır.

15.07.2019 20:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ